Azərbaycana gələn turistlər ASAN-dan viza alacaq
Tarix: 16-11-2016 | Saat: 17:47
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Azərbaycana gələn turistlər artıq turizm şirkətləri vasitəsi ilə yox, elektron formada ASAN Xidmətdən viza ala biləcəklər.
APA-nın məlumatına görə, bununla bağlı Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Turizm haqqında” qanun 7-1-ci (Turizm vizası və turistlərə verilən elektron vizalar) maddəsinin 4-cü bəndində dəyişiklik edilib.
Dəyişikliyə əsasən, “Azərbaycan Respublikasına gələn turistlər turizm şirkətləri vasitəsilə elektron viza ala bilərlər” cümləsində, “turizm şirkətləri” sözü “siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən ölkələrin vətəndaşları və ya həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər olduqda, “ASAN Viza” sistemi” sözləri ilə əvəz edilir.
Maddə 7-1.5-ə edilən dəyişikliyə əsasən isə, elektron viza almaq üçün əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər “ASAN Viza” sistemində yerləşdirilmiş elektron müraciət formasında nəzərdə tutulan məlumatları sistemə daxil etməli, müraciətin qəbul olunması barədə müvafiq təsdiqnamə aldıqdan sonra “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunu elektron qaydada ödəməlidirlər.
Elektron vizanın verilməsi ilə bağlı müraciətə ən geci 3 iş günü müddətində baxılır, imtina üçün əsas olmadıqda, viza rəsmiləşdirilərək müraciət etmiş şəxsin elektron poçt ünvanına göndərilir. Viza verilməsindən imtina edildikdə, müraciət etmiş şəxsin elektron poçt ünvanına bu barədə məlumat göndərilir.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Xəbəri paylaş
6958 dəfə oxunub.
Digər xəbərlər

5-07-2015, 16:29
Dilqəm Əsgərov ermənilərdən əfv istəmədi
24-12-2015, 15:01
Kişi sevişərkən nə hiss edir?
23-09-2015, 00:21
Siqnal verəndə ehtiyatlı olun: Cəzalandırıla bilərsiniz - VİDEO
1-05-2016, 01:57
FHN köməksiz azyaşlıları xilas etdi
27-04-2016, 21:12
Mehriban Əliyeva Moratti ilə görüşdü - Foto
8-06-2021, 09:02
Uşaqlar niyə dırnaq yeyir? - Dırnaq yemə xəstəliyi
23-05-2019, 11:17
Ramil Usubov polkovnik-leytenantı işdən çıxardı
8-03-2022, 15:01
Sabah hava necə olacaq?
12-05-2016, 20:11
Ruslar Krımda müsəlmanların evlərinə girdi