Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Bakıda yeni sürüşmə sahələrinin yaranması mümkündür"
Tarix: 31-10-2016 | Saat: 14:45
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

"Bakıda yeni sürüşmə sahələrinin yaranması mümkündür"

"Bakıda - Günəşli, Əhmədli, Lökbatan, Badamdar, Qaraçuxur, Xırdalan və Masazırda yeni sürüşmə sahələrinin yaranması mümkündür".

"Xəbəraz.az " bildirir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib.

Onun sözlərinə görə, bu proses bu il rütubətli havaların belə uzun müddətli müşahidə edilməsinin nəticəsi olaraq özünü göstərə bilər.

E.Əlizadə bildirib ki, əvvəllər nisbətən sabit olan sürüşmə ərazilərində də fəallaşmanın güclənməsi gözlənilir.

İnstitutun direktor müavini qeyd edib ki, respublika ərazisinin təqribən 25-26 faizi potensial sürüşmə təhlükəli ərazilərdir.

Onun sözlərinə görə, son dövrlərdə sürüşməyə meylli ərazilərdə sürüşmə müşahidə olunmurdu: "Amma bu il həmin zonalarda, məsələn, Göyçay dərəsində, Xınalıq yolu və onun ətrafında, Gədəbəy-Daşkəsən zonasında sürüşmə sahələrində proseslər xeyli fəallaşıb. Bu, rütubətli havaların bu il belə uzun müddət müşahidə edilməsinin nəticəsidir".


Xəbəri paylaş

6368 dəfə oxunub.

Digər xəbərlər
24-06-2015, 11:19 Oğuzda ailə faciəsi:

bütün xəbərlər
____ Instagram ___