Kolbasanın və balığın qiymətində bahalaşma gözlənilir
Tarix: 25-10-2016 | Saat: 11:20
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər
Azərbaycanda toyuq ətindən hazırlanan kolbasa və sosislərin qiymətində bahalaşma gözlənilir. Bu barədə redaksiyamıza daxil olan məlumatda deyilir ki, bunun səbəbi ölkəyə idxal olunan toyuq ətinin rüsumunun artırılmasıdır. Ticarətçilər deyir ki, növbəti aydan kolbasa və sosislərin qiymətində əhəmiyyətli artım olacaq. “İndidən qiymətləri qaldıran şirkətlər də var. Amma bu o qədər də ciddi artım deyil. Güman ki, gələn aydan onlar növbəti dəfə qiymət artımına gedəcəklər. Əslində istehsalçıları qınamaq mümkün deyil. Kolbasa və sosislərin hazırlanması üçün ölkəyə idxal olunan xammal artıq əvvəlki qiymətdə deyil. İdxal rüsumlarının artırılması bahalaşmaya səbəb olub. Şirkətlər də məcburiyyət qarşısında qalıb məhsullarının qiymətini artırırlar”, – deyə ticarətçilər bildirib.
Balığın qiymətində də artım olacağı gözlənilir. Bunun səbəbi isə süni balıq göllərinin ləğvi ilə bağlıdır. Qeyd edək ki, məsələ bu günlərdə kənd təsərrüfatı üçün yararlı torpaq sahələrinin başqa məqsədlərlə istifadəsinin dayandırılması və yenidən əkin fonduna qaytarılması siyasəti çərçivəsində gündəmə gəlib. Ləğv edilmiş balıqçılıq təsərrüfatların tutduğu ərazilər əkin fonduna veriləcəyi deyilir.
Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatına görə, araşdırmalar nəticəsində indiyədək respublika üzrə 304 balıq gölünün yaradıldığı müəyyən edilib. Belə süni balıq göllərinə ən çox Neftçala, Salyan, Biləsuvar, Hacıqabul, Saatlı, Sabirabad, İmişli və Yevlax rayonlarında rast gəlinir.
Artıq prosesə start verilib və buna görə balığın qiyməti aşağı düşüb. Lakin süni balıq gölləri ləğv ediləndən sonra balığın qiymətində ciddi bahalaşmanın olacağı gözlənilir.
Xəbəri paylaş
6488 dəfə oxunub.
Digər xəbərlər

16-02-2018, 18:24
İkinci əl avtomobil alanlar, DİQQƏT - Bunları mütləq bilin!
3-01-2017, 14:55
Rusiya “Admiral Kuznetsov”u Suriyadan çıxarır
12-08-2023, 09:30
DTX xüsusi əməliyyat keçirdi - Terrorçu ələ keçirildi - VİDEO
14-12-2021, 10:49
Yağmurlu hava şəraiti nə vaxta qədər davam edəcək? - AÇIQLAMA
26-10-2020, 13:13
Düşmən Ağcabədini atəşə tutdu
8-12-2019, 14:30
“Bu adam özünü apara bilmirsə, çağırdığı qonaqların vasitəsilə tamaşaçıları hara apara bilər?”
12-06-2015, 13:48
Bakı-2015-də 18-ci olan üzgüçülərimiz danışdılar (VİDEO)
30-09-2016, 01:13
Yaponlardan yeni çətir dəbi - FOTOLAR
28-06-2016, 17:52
Əsəd cəbhə bölgəsində – Video