"Qarabağ" və "Qəbələ" üçün mühüm gün
Tarix: 20-10-2016 | Saat: 11:41
Bölmə:Karusel / İdman | çapa göndər
Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində III turun oyunları keçiriləcək.
Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” da növbəti matçına çıxacaq.
Qurban Qurbanovun yetirmələri doğma divarlar arasında Yunanıstanın PAOK klubu ilə qarşılaşacaq. Keçirdiyi iki oyundan sonra aktivinə sadəcə 1 xal yaza bilən ağdamlılar hazırda qrupda sonuncu pillədə qərarlaşıblar. Komandamız doğma meydanda qalib gələ bilsə, hazırda 4 xalı olan yunanlarla xalları bərabərləşdirəcək. Çempionumuz bugünkü oyuna ciddi itki ilə çıxa bilər. Komandanın kapitanı və müdafiənin əsas fiquru olan Rəşad Sadıqovun oynayıb-oynamayacağı hələ ki dəqiq bilinmir. Baş məşqçi Qurban Qurbanov oyun saatına qədər fikrini dəqiqləşdirəcək.
Digər təmsilçimiz “Qəbələ” isə səfərdə “Sent-Etyen”ə qonaq olacaq. İlk iki oyunda qələbə üzünə həsrət qalan əyalət təmsilçisi Fransaya ilk qələbə arzusu ilə yollanıb. Əgər qələbə əldə olunsa, sonuncu yerdən qurtulmaq mümkün olacaq. 3 xal əldə olunmasa, təmsilçimizin növbəti mərhələyə yüksəlmək şansları böyük ölçüdə azalacaq. Ölkə çempionatında 9-cu turda qapısında qol görən “radarlar” Avroliqada qrupda ən çox qol buraxan komandadı.
Avropa Liqası
Qrup mərhələsi, III tur
20 oktyabr
J qrupu
21:00. “Qarabağ” - PAOK (Yunanıstan)
Baş hakim: Alon Yefet
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Xəbəri paylaş
7158 dəfə oxunub.
Digər xəbərlər

5-05-2016, 18:57
Puşkov Skaparottini ittiham etdi
22-06-2018, 19:45
Prezident seçilsəm, onları həbs edəcəyəm - İlginc bəyanat
25-01-2023, 16:49
"Qonaqlıq müqabilində intim əlaqədə olurmuş" - Bakıda restorandan qaçan ailə deyilmiş
16-06-2018, 11:01
“Maşın” şounun qalibi olan Roza Zərgərli avtomobildən İMTİNA ETDİ
25-09-2017, 10:23
Oturaq insanların orqanizmində baş verən QORXUNC PROSESLƏR
29-02-2016, 15:57
Bu gün BMT Təhlükəsizlik Şurasında Qarabağ məsələsi qaldırılacaq
30-11-2017, 11:08
Yeniyetmələr arasında depressiya və intihar halları bu səbəbdən artıb
3-04-2019, 10:20
ATMU tələbələrinin elmi məqalələri dərc olundu
2-03-2016, 13:38
APARICI FİRUZƏ SAMİN DƏNİZİ XATIRLATDI (FOTO)