Yas mərasimlərinin təşkili ilə bağlı - Qərar
Tarix: 03-10-2016 | Saat: 22:35
Bölmə:Karusel / Gündəm | çapa göndər
Azərbaycan Respublikasının Nazirlər Kabineti “Dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün maliyyə yardımının göstərilməsi qaydasının və məbləğinin müəyyən olunması ilə bağlı qərar qəbul edib.
"Xəbəraz.az "xəbər verir ki, qərara əsasən, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.7-ci maddəsinə uyğun olaraq, dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün 3 min manat məbləğində maliyyə yardımı müəyyən edilib.
Hərbi ehtiram göstərilən şəxslərin dəfninə müvafiq maliyyə yardımının verilməsi üçün həmin şəxslərin valideynləri (yaxın qohumları və ya qanuni nümayəndələri) yaşadığı yer üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə müraciət etməlidirlər. Müraciət edilərkən müəyyən olunmuş formada ərizə, şəxsiyyəti təsdiq edən sənədlər, həqiqi hərbi xidmət zamanı hərbi qulluqçunun (toplanışda olan hərbi vəzifəlinin) həlak olması və ya vəfat etməsi barədə hərbi hissə komandirinin əmri, ehtiyatda və ya istefada olan şəxslər üçün ölüm haqqında şəhadətnamə təqdim olunmalıdır.
Qərarda, həmçinin nəzərdə tutulub ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri maliyyə yardımının verilməsi barədə müraciəti dərhal qəbul edib, üç iş günü müddətində vəsaitin nağdsız hesablaşma yolu ilə ödənilməsini təmin etsin.
Xəbəri paylaş
1 0098 dəfə oxunub.
Digər xəbərlər

12-08-2016, 10:49
Çevriliş mətnini oxuyan TRT APARICISI TUTULDU – FOTO
5-03-2021, 09:06
Sabiq Prokuror Prezidentə müraciət etdi
11-05-2018, 11:53
Bakıda “Qaqaş” ləqəbli narkotik alverçisi tutuldu
13-03-2015, 11:37
Cəbhədə gərginlik davam edir
6-05-2016, 20:02
Can Dündara sui-qəsdlə bağlı yeni xəbər - Yeniləndi
21-09-2016, 10:16
Referendumu izləyəcək AŞPA missiyasının rəhbəri və tərkibi açıqlandı
27-09-2018, 12:33
YEVLAXDA 82 YAŞLI KİŞİNİ AVTOMOBİL VURUB
29-10-2022, 10:41
Cənab Zeynalov dövlətə şərik gedir... - BU DA FAKT!!!
13-04-2015, 21:56
Qızılın qiyməti niyə baha olur-Mütləq oxuyun
11-10-2022, 15:35
Cəlilabada həkim avtoşluq etdi" "Qırmızı işıqa məhəl qoymadı"- VİDEO