Nazirdən əhaliyə şad xəbər: maaşlar və pensiyalar artırılacaq
Tarix: 26-09-2016 | Saat: 12:56
Bölmə:Karusel / İqtisadiyyat / Gündəm | çapa göndər
"Gələn ilin dövlət büdcəsində neftdən daxilolmaların hesablanması üçün neftin 1 barrelinin baza qiyməti 40 dollardan götürülüb".
"APA-Economics" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov deyib.
Nazir həmçinin 2017-ci il dövlət büdcəsinin əsas prioritetlərini də açıqlayıb: "Şübhəsiz ki, büdcə layihəsi hazırlanarkən dünya iqtisadiyyatında baş verənlər nəzərə alınıb. Azərbaycan qlobal iqtisadiyyatın tərkib hissəsidir və baş verənlər bizə də təsirsiz ötüşmür. Qlobal iqtisadiyyatda qeyri-müəyyənliklər davam edir. Bunu nəzərə alaraq biz xarici şokların ölkə iqtisadiyyatına təsirini azaltmalıyıq və bu istiqamətdə bir sıra addımlar atılıb. Bilirsiniz ki, cari ildə dövlət sektorunda çalışanların əmək haqları artırılıb. Gələn ildə də bu addımların davamlı olması üçün biz büdcədə maliyyə təminatı yaratmalıyıq. Digər tərəfdən cari ildə sosial müavinətlərin, pensiyaların, təqaüdlərin və digər sosial ödənişlərin artımı baş verib. Bu cür artımların gələn ildə də baş verməsi üçün maliyyə təminatı nəzərdə tutulub. Digər tərəfdən unutmamalıyıq ki, bizim gəlirlərimiz əhəmiyyətli dərəcədə azalıb. Biz çalışmalıyıq ki, xərclərimizlə gəlirlərimiz ayaqlaşsın. Bunun əksi baş verərsə, biz risklərlə üz-üzə qalarıq. Gələn il xərclər siyasətimiz daha sərt olacaq. Bu, o deməkdir ki, daha səmərəli xərclərə üstünlük veriləcək".
Xəbəri paylaş
1 2438 dəfə oxunub.
Digər xəbərlər

1-06-2017, 14:56
Fədayə: “Yalnız kişilərlə dostluq edirəm, qadınlarla alınmır”
22-04-2017, 12:16
Mədəsində problemləri olanlar bu meyvəni mütləq yesinlər
2-08-2019, 17:13
Prezident yeni səfirləri qəbul etdi - FOTOLAR
7-11-2018, 14:15
Öpüşməklə keçən xəstəliklər - Ağız suyu ilə yoluxursunuz
24-02-2017, 01:52
Şəkidə ağır qəza: yaralılar var - VİDEO - FOTO
7-06-2016, 13:05
Dollarla krediti olanlara güzəşt - Anonsu
14-07-2016, 12:10
“Google”-un rəhbəri dəbdəbəli yaxtası ilə Türkiyədə – FOTOLAR
5-05-2016, 20:07
Salyanda kriminal avtoritet dəstəsi tutuldu
10-10-2015, 13:49
Vətəndaşlara ölkəyə qayıdış şəhadətnaməsinin verilməsi qaydaları dəyişdi