DİQQƏT! Bakıda hovuz və hamamlarda xəstəliyə yoluxa bilərsiniz - RƏSMİ AÇIQLAMA
Tarix: 24-08-2016 | Saat: 21:41
Bölmə:Karusel / M2 | çapa göndər
"Bakıda fəaliyyət göstərən hovuzlar, sauna və hamamlarda antisanitariya ilə bağlı nəzarət aparılmır".
Bu barədə Səhiyyə Nazirliyinin Sanitar-Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov Admiral.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, bu sahə sahibkarlıq subyekti olduğu üçün orada yoxlamaların aparılması dayandırılıb:
"Bizim tərəfimizdən həmin sahibkarlara müvafiq təlimatlar verilib. Lakin bu sahədə heç bir yoxlama aparmırıq. 2015-ci ilin noyabr ayından bəri qeydiyyat da aparılmır".
Z.Kazımov deyir ki, yoxlamalar aparılan dövrdə bir çox nöqsanlar aşkarlanıb. Onun sözlərinə görə, hazırda bu sahədə vəziyyətin nə yerdə olduğunu demək çətindir:
"Qabaqlar yoxlamalar aparırdıq. Bir çox nöqsanlar aşkarlanırdı. Aşkarlanan nöqsanlarla bağlı da ciddi tədbirlər görülürdü. Bu gün isə bu sahədə heç bir nəzarət yoxdur".
Z.Kazımov vətəndaşlara hovuz və hamamlardan istifadə edərkən ehtiyatlı olmağı məsləhət bilir:
"İstər uşaqlar, istərsə də böyüklər birinci növbədə ciddi müayinədən keçməlidirlər. Hovuza girməmişdən əvvəl tibb işçiləri onlara baxış keçməlidir. Bundan başqa, hər bir vətəndaş hovuzda yaradılan şəraitlə maraqlana bilər. Sanitar qovşağı normal olmalıdır. Soyunub-geyinmə otağı təmiz olmalıdır. Hovuzun suyuna vurulan kimyəvi maddənin tərkibi yoxlanılmalıdır. Dizenfeksiyaedici məhlullardan istifadə edilməlidir. Hazırda bir çox hovuzlarda müasir sistem tətbiq olunur. Yəni su bir yandan dolur, bir yandan boşalır. Lakin sadə hovuzların suyu 2 saatdan bir dəyişdirilməlidir".
Xəbəri paylaş
7598 dəfə oxunub.
Digər xəbərlər

15-12-2016, 17:57
Yola qum səpən yük maşını qəza törətdi, prospektdə tıxac yarandı
29-09-2015, 14:44
“Dağlıq Qarabağın statusu məsələsi beynəlxalq vasitəçiliyin predmeti olaraq qalır“
27-05-2017, 16:09
Tanınmışlar heyvanları ilə podiuma çıxdılar - fotolar
27-03-2017, 13:07
Azərbaycanlı müğənni özündən kiçik həmkarına ərə getdi: "Arvadını boşadı, məni aldı"
19-09-2015, 23:02
Oqtay Şirəliyev əmr verdi; Baş həkim işdən çıxarıldı
29-01-2017, 00:21
Şəmkirdə kütləvi dava olub - Yaralananlar var
5-06-2021, 10:10
Şəhid jurnalistlə vida mərasimi keçirilir
31-01-2022, 10:55
Ana qızının sevgilisindən DİN-ə şikayət etdi - Şok təfərrüat
12-03-2022, 12:45
Bu fotoya görə həyat yoldaşından boşanır?
29-06-2016, 15:28
KREATİV STİLİSTƏN FƏRQLİ “VAMP”OBRAZINDA – FOTOSESSİYA – ÖZƏL