Qarabağ qarşılığında Rusiyanın 2 istəyi
Tarix: 14-07-2016 | Saat: 11:25
Bölmə:Karusel / Siyasət / Gündəm | çapa göndər
"Ermənistan prezidenti ölkəsində təşkil edilən mitinqlərdə birbaşa maraqlıdır"
Bu sözlər politoloq Arzu Nağıyevin açıqlamasında yer alır. Politoloq bildirib ki, son zamanlar Ermənistanda qərbyönlü siyasətçilərin təşkilatçılığı ilə getdikcə böyüyən anti-Rusiya dalğası Sərksiyanın öz elektoratı qarşısında hesabatıdır:
“Bu, həm də İrəvanın Moskvaya bir cavabıdır ki, Rusiya Ermənistanı Dağlıq Qarabağ münaqişəsinin həllinə və hər hansı sülhə məcbur etməsin. Qərb və Amerikanın təsirlərinə baxmayaraq, Sərkisyan son hərəkətləri ilə bir daha təsdiqləyir ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə tələsmir və status-kvonu saxlamaqla hakimiyyətini qorumağa can atır. Hazırda “Rusiya Ermənistanı Azərbaycana dəyişəcəkmi” sualı gündəmi zəbt edib. Ancaq xarici siyasətdə dostluq məfhumu yoxdur.
Əsas məsələ maraqlardır. Bu gün Rusiyanın Ermənistan və Azərbaycandakı maraqları çəki etibarilə müqayisə edilə bilməz. Moskva İrəvana görə Bakı ilə münasibətlərini itirməyəcək. Hərbi baxımdan nə qədər bağlı olsalar da, hazırda Rusiya elə bir çıxılmaz vəziyyətdədir ki, Azərbaycandan ikiəlli yapışmalı və Dağlıq Qarabağ prosesinin həllində müvafiq addımlar atmalıdır. Bu isə Moskvaya iki istəyinə - Qərbin sanksiyalarından qurtulmağa və regiondakı nüfuz savaşında irəli çıxmağa imkan verəcək”.
Xəbəri paylaş
7748 dəfə oxunub.
Digər xəbərlər

13-04-2017, 13:32
Nadir Qafarzadə “Tək özümü sevirəm” - VİDEO
4-02-2022, 11:31
Azərbaycanda pensiya alanlara ŞAD XƏBƏR - Bu aydan...
29-02-2016, 19:47
"Kedicik" yataq FOTOsunu yaydı FOTO VİDEO + 21
21-12-2021, 10:56
"Ərdoğan danışır, dollar bahalaşır" deyənlər... - Başbuğ
14-01-2016, 00:03
Azərbaycanın yardımı Tacikistana çatdı
4-08-2017, 13:43
Azərbaycanlı kişi mərcə girib böcək yedi (VİDEO)
13-02-2018, 20:46
Bakıda transseksual “Səbinə” saxlanıldı
21-01-2016, 15:11
Əməkdar artist Vəfa Zeynalova “İlahi məxluq” filmindəki səs-küylü +18 səhnəsindən danışıb.