Qurban Qurbanov “Qarabağ”ın qələbəsindən danışdı
Tarix: 13-07-2016 | Saat: 01:19
Bölmə:Karusel / İdman / M2 | çapa göndər
"Rəqib bir daha göstərdi ki, bu oyuna ciddi hazırlaşmışdı. Cavab matçı ən ağır oyunlarımızdan biri olacaq. Düşünürəm ki, rəqib cavab matçında çox yaxşı mübarizə aparacaq. Lüksemburqdakı stadionun durumu da yaxşı deyil. İnanıram ki, bu durum yaxın günlərdə müsbətə doğru dəyişəcək. Rəqibin sürətli futbolçuları çoxdur, bu da ola bilsin, bizə problem yaratsın. Cavab matçında həddindən artıq ciddi olmalıyıq və istəyirik ki, orada da qalib gələk. Futbolçularımı da təbrik edirəm, biz də öz oyunumuzdan əl çəkmədik. Belə komandalara top versək, bizim üçün daha çətin olar".
Teleqraf.com xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Bakıda keçirilən "Qarabağ" - "Düdelanj" (Lüksemburq) matçından sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov deyib.
Baş məşqçinin sözlərinə görə, komandasına bir neçə oyun lazımdır ki, öz ritmini tutsun: "İkinci hissədə rəqibin öz oyun üslubundan əl çəkməməsi bizi tempi aşağı salmağa məcbur etdi. Hücumlarımızı istədiyimiz kimi qura bilmirdik. Amma yenə də tələsmədən qolumuzu axtarırdıq. Bu elə bir turnirdir ki, iki oyunun nəticəsinə görə qalib müəyyənləşir. Odur ki, səbrli olmaq lazımdır".
Xəbəri paylaş
8308 dəfə oxunub.
Digər xəbərlər

20-11-2019, 23:46
Qaz sızması nəticəsində partlayış - yaralı var
21-04-2016, 08:53
Nazir mübahisəli məsələdən danışdı “Ləğv olunmur”
31-10-2017, 10:21
“Oğru dünyası” Türkiyəyə niyə axışır? - “Kriminal aləm” böyük dəyişikliklər ərəfəsində
18-07-2016, 13:41
Azərbaycanda uşaqlara Messi, Ronaldo, Zidan kimi adlar qoyulub
13-07-2018, 18:40
İstirahət günlərində səyahətə çıxanlar oxusun
18-04-2015, 18:44
Türkiyəli müxbir Elnurun geyimini lağa qoydu -VİDEO
12-07-2015, 19:46
Bu qız rekorda imza atdı - Fotosessiya
15-02-2019, 17:56
Mikayıl Cabbarovdan kütləvi ixtisar - 58 nəfəri işdən çıxardı
20-02-2018, 13:26
Mikayıl Cabbarov Fazil Məmmədovun kadrını özünə müşavir təyin etdi
13-08-2016, 11:23
İrandan Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alınıb