Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Almaniya “erməni soyqırımı”nı tanıdı – Təcili
Tarix: 02-06-2016 | Saat: 15:12
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Almaniya “erməni soyqırımı”nı tanıdı – Təcili

Almaniya Bundestaqı 1915-ci il hadisələrini soyqırım kimi nəzərdə tutan qanun layihəsini səs çoxluğu ilə qəbul edib.

"Xəbəraz.az " xəbər verir ki, səsverməyə çıxarılan qanun layihəsinin əleyhinə yalnız bir deputat səs verib, bir deputat isə bitərəf qalıb.

“Birinci Dünya müharibəsi zamanı Osmanlı imperiyasında ermənilərin məhvi böyük fəlakət idi və erməni xalqının minillik tarixində böyük fəlakətlərə səbəb olub. Çünki müstəqil hesablamara görə, deportasiya və kütləvi qırğınlar nəticəsində 1 milyondan çox erməni həlak olub. Bir çox müstəqil tarixçilər, parlamentlər və beynəlxalq təşkilatlar ermənilərin qovulmasını soyqırım kimi qəbul edir”, - qəbul edilən qərar layihəsində deyilir.

Xatırladaq ki, qondarma soyqırımı bundan öncə Rusiya, Fransa, İtaliya, Belçika, Polşa, İsveçrə, Yunanstan, Kanada, Argentina və s. ölkələr qəbul edib. İlk dəfə isə bu qondarma iddianı 1965-ci ildə Uruqvay parlamenti təsdiqləyib.

Almaniya Bundestaqında səsverməyə çıxarılmazdan öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Baş nazir Binəli Yıldırım Almaniya kansleri Merkelə etirazlarını bildirmiş, qanunun qəbul olunacağı təqdirdə Almaniya-Türkiyə münasibətlərinə zərbə dəyəcəyini xatırlatmışdılar.


Xəbəri paylaş

6878 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___