İlk sevgilisinin Atatürkə yazdığı məktub - Foto
Tarix: 19-05-2016 | Saat: 11:45
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər
Bu gün Türkiyədə 19 may - Atatürkü anma, Gənclik və İdman günüdür.
"Xəbəraz.az "xəbər verir ki, bu münasibətlə Türkiyə mətbuatında Atatürklə bağlı müxtəlif yazılarla yanaşı, onun ilk sevdiyi qadının - Eleni Karintenin yazdığı məktub da yayılıb. Məktubda deyilir:
“İllər keçdi, mən hələ də səndən xəbər gözləyirəm. Nə vaxt məktubumu alsan, məni xatırla. Vərəqdəki göz yaşlarımı görə biləcəksən. İllər və hadisələr ötüb-keçir, sənin haqqında çox şey danışırlar. Əgər başqa birini sevirsənsə, məktubumu cır at.
O qadını mənim səni sevdiyim qədər sevirsənsə, ona heç nə demə, sənin qədər xoşbəxt olmasını arzulayıram. Lakin başqasını sevmirsənsə, səni gözlədiyimi və ömür boyu gözləyəcəyimi bilməyini istəyirəm. Qayıdacağını, məni unutmayacağını bilirəm. Atam vəfat etdi. Məni səndən ayırdığı gündən tam bir il keçdi. O məni evə məhkum elədi və bir ay evdən çıxmağıma icazə vermədi.
Məni evləndirəcəkləri adamı gördüm və o mənə onu sevəcəyimi dedi. Mən isə ona “Yox, mən ancaq ilk sevgilimi sevirəm”, - dedim. Atam buna görə məni bağışlamadı, mən də onu bağışlaya bilmədim. Artıq əvvəlki kimi gənc və gözəl deyiləm...
Əbədiyyən səni sevən və gözləyən Eleni Karinte”.
Qeyd edək ki, yunan qızı Eleni ilə Mustafa Kamalın tanışlığı 1897-ci ilə təsadüf edir. 1896-cı ildə hərbi təhsil almaq üçün Makedoniyanın Bitola şəhərinə gələn Atatürk burada Eleni ilə tanış olur. Daha sonra onlar evlənmək üçün Bitoladan qaçırlar, lakin Eleninin atası onları tapır və qızını evə həbs edir. Bundan sonra onlar ayrılırlar. Məlumata görə, Eleni heç vaxt ailə qurmayıb və 80 yaşında Florinada vəfat edib.
Bu sevgi hekayəsi sənət dünyasında da özünə yer tutub. 2006-cı ildə Atatürk-Eleni sevgisindən bəhs edən sənədli film çəkilib. Aleksandr Popovskinin çəkdiyi “Balkanlar ölü deyil” filmində də Atatürk ilə Karinte arasındakı sevgidən bəhs olunur.
Xəbəri paylaş
6158 dəfə oxunub.
Digər xəbərlər

22-10-2022, 09:45
Gədəbəy və Daşkəsənə qar yağıb - FOTO
8-05-2021, 21:21
Hava kəskin dəyişir: iki gün ərzində... - Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ
11-01-2019, 15:15
DAMM-NİN MƏTBUAT EVİNDƏ "NƏRİMAN NƏRİMANOV" KİTABININ TƏQDİMATI
19-10-2020, 12:48
Hadrutu azad edən əsgərlərimiz... - FOTOLAR
16-10-2018, 10:28
Nar qabıqlarını atmayın
30-04-2021, 14:45
Prezident onu Ağsuya icra başçısı TƏYİN ETDİ - SƏRƏNCAM (FOTO)
27-11-2015, 21:35
Taleh Bağırovun işi ilə bağlı yeni - MƏLUMAT
21-09-2017, 15:59
Prezident Elçin Quliyevi təltif etdi - SƏRƏNCAM
27-11-2017, 09:51
80 min azərbaycanlı ABŞ-da yaşamaq üçün müraciət edib
9-06-2016, 19:58
Azərbaycan uğurlu təşkilatçıya çevrilib - Kozma