Yeni qaydalarla kimlər kredit götürə biləcək?
Tarix: 05-05-2016 | Saat: 15:32
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Maliyyə Bazarlarına Nəzarət Palatası xarici valyutada istehlak kreditləşməsinə tətbiq etdiyi qadağanı məhdudiyyətlə əvəz etdi və 1 aylıq moratorium aradan qalxdı. Ancaq hər kəs belə kreditlərdən yararlana bilməyəcək.
"Xəbəraz.az " xəbər verir ki, bu haqda iqtisadçı ekspert Samir Əliyev danışıb. İqtisadçı bundan sonra xarici valyutada istehlak kreditindən kimlərin faydalana biləcəyinə aydınlıq gətirib:
“1. Xarici valyutada gəlirləri olan şəxslər;
2. Banklarda xarici valyutalarda əmanətləri olan şəxslər.
Ölkədə hazırda 2,5 milyona yaxın əmanətçi var. Ölkə üzrə əmanətlərin 85%-nin xarici valyutada olduğunu nəzərə alsaq, bu halda təxminən 2 milyon nəfərin xarici valyuta kreditlərindən yararlanmaq imkanı əldə edəcəyini zənn etmək olar”.
Ekspertin sözlərinə görə, yeni qaydalara əsasən, aylıq gəlirlərini rəsmi sübut edə bilməyənlər kənarda qalacaqlar:
“Palata bir aylıq qadağadan sonra banklarda borcalanların borc yükünün yüngülləşdirilməsi məqsədi ilə xarici valyutada mövcud kreditlərin restrukturizasiyasına icazə verir. Yəni banklar belə kreditlərin şərtlərini sabahdan başlayaraq yüngülləşdirə bilərlər. Həmçinin, xarici valyutada ipoteka kreditlərinin verilməsi qadağan edilib. Palata xarici valyuta ilə yanaşı, milli valyutada da istehlak kreditlərinin verilməsi şərtlərini sərtləşdirir. Bundan sonra borcalanların gəlirlərinin həcmindən asılı olaraq borc yükünün gəlirə nisbəti və kredit məbləğinin təminata nisbəti əmsalları daxil ediləcək. Bu əmsallar kredit götürmək istəyənlərin imkanlarını daha da məhdudlaşdıracaq. Aylıq gəlirlərini rəsmi sübut edə bilməyənlər isə həmişəki kimi kənarda qalacaq”.
Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatası 4 mayda keçirilən növbəti iclasında sağlam borclanma və məsuliyyətli kreditləşməyə dair qərar qəbul edib. Mayın 6-dan etibarən qüvvəyə minəcək qərarda xarici və milli valyutada istehlak kreditlərinin verilməsi şərtləri və onlara dair yeni prudensial çərçivənin öz əksini tapdığı bildirilir.
Xəbəri paylaş
5778 dəfə oxunub.
Digər xəbərlər

19-10-2017, 17:03
Hansı bürc eşqi necə yaşayır?
21-02-2016, 18:12
64 yaşlı təqaüdçü tərəfindən zorlanan 12 yaşlı qız hamilə qaldı
17-05-2018, 20:42
Mikayıl Müşfiqin 110 illiyinin qeyd ediləcək -SƏRƏNCAM
21-06-2016, 11:14
Aygün Nabranda şou göstərdi - Foto
4-04-2015, 15:36
LİFT-də olanların Ağlına gəlməzdi ki, belə hadisə baş verər.
21-04-2016, 17:11
Bakıda satılan kolbasada at əti aşkarlandı – FOTO
7-05-2015, 00:28
İranda Dəhşətli zəlzələ yaralı var
1-07-2017, 13:30
Burak və Kenanın rəqsi izlənmə rekordu qırır - VİDEO
6-05-2021, 12:04
"Dubay qalmaqalı" bu dəfə Türkiyədə - Yaxtada lüt qızların FOTOları ölkəni bir-birinə vurdu
15-09-2016, 13:57
Tanınmış parodiyaçının uşaqlıq fotosu