Bakı-Quba yolunda yenilik
Tarix: 22-04-2015 | Saat: 12:00
Bölmə:Karusel / İqtisadiyyat / Foto-fakt | çapa göndər
Yan yolun ümumi uzunluğu 2 345 metr, eni isə 14.75 metrdir.
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 9-cu km-də yeni yol ötürücülərinin inşası artıq yekunlaşıb.
Azərbaycan Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, artıq yol ötürücüləri sürücülərin ixtiyarına verilib.
Bununla da həmin ərazidə nəqliyyat vasitələrinin maneəsiz hərəkəti təmin edilib.
"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na əsasən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-11 km hissəsində yaranan tıxacların aradan qaldırılması məqsədilə həyata keçirilən kompleks tədbirlər çərçivəsində göstərilən yolun 9-cu km-də yerləşən mövcud yol ötürücüləri sökülərək yerində müasir tipli yol ötürücülərin inşasına başlanılmışdı.
Sovet döründə inşa olunan yol ötürücülərdən fərqli olaraq 399.1 metr uzunluğundakı yeni tikilən müasir yol ötürücüləri 5 aşırımdan ibarətdir. 1-ci körpünün uzunluğu 109.6, eni 15.5 metr, 2-ci körpünün uzunluğu 105.1, eni 13.5 metr, 3-cü körpünün uzunluğu105.1, eni 16.0 metr, 4-cü körpünün uzunluğu 39.3, eni 13.0 metr, 5-ci körpünün uzunluğu 40.0, eni isə 15.0 metrdir. Bundan əlavə həmin ərazidə 995 metr uzunluğunda istinad divarları inşa edilib, yan yolun genişləndirilməsi işləri də həyata keçirilib. Yan yolun ümumi uzunluğu 2345 metr, eni isə 14.75 metrdir.
Qeyd edək ki, sonuncu aşırımın alt hissəsindən əks tərəfə nəqliyyat vasitələrinin keçidi təmin etmək üçün yeni yol hissəsi də inşa edilir. Bu yolun aprel ayının sonunadək istifadəyə verilməsi planlaşdırılır.
Xəbəri paylaş
7618 dəfə oxunub.
Digər xəbərlər

4-01-2023, 11:21
Sərnişinlər də kəmər taxmalıdır - DYP
18-02-2016, 12:49
Ankarada terror anının KAMERA GÖRÜNTÜSÜ
13-06-2016, 20:51
UEFA Türkiyə və Xorvatiyaya qarşı intizam işi açdı
9-04-2018, 10:46
Sərbəst güləş yığmamız dünya ikincisi oldu
19-10-2017, 14:50
Sabahın hava proqnozu açıqlandı
25-03-2015, 18:27
Müğənnini soyundurub vəhşicəsinə döydülər
21-06-2015, 11:43
Korrupsiya qalmaqalı: Səfər Əbiyevin müavininin işi məhkəməyə göndərilir
22-02-2016, 13:48
Sərdar Cəlaloğlu: “Gözləməyin, 12-ci imam gəlməyəcək”
9-02-2016, 17:08
Bakıda ana və körpəsini maşın vurub
1-04-2016, 13:50
XİN-dən Sarkisyanın ABŞ-dakı çıxışına — Münasibət