Zəvvarlarımız Məkkədə edam oluna da bilər
Tarix: 26-04-2016 | Saat: 12:41
Bölmə:Karusel / Gündəm / M2 / İbadət | çapa göndər
Səudiyyə Ərəbistanı bu il Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarlara xəbərdarlıq edib. Xəbərdarlıqda bildirilib ki, qaydaları pozanlar ölüm hökmünə də məhkum oluna bilər.
Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə, zəvvarlarla imzalanan müqavilənin xüsusi müddəa bölümünün 4.7-ci bəndində qeyd olunub ki, narkotik vasitələrin, spirtli içkilərin və təbliğat xarakterli ədəbiyyatların Səudiyyə Ərəbistanına gətirilməsi qəti qadağandır. Ölkəyə narkotik aparanlar ölüm hökmü (edam) cəzasına məhkum edilir.
Bölümün 4.8-ci bəndində isə deyilir ki, buna görə təşkilatçı (QMİ) məsuliyyət daşımır.
Qeyd edək ki, aprelin 1-dən Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başlayıb. Bu il Azərbaycandan gedəcək zəvvarlar üçün say limiti ötən ilkindən az - 1500 nəfər müəyyənləşib. Ziyarət zamanı daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təmin olunmaq, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşmək 4500 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlarda qalmaq isə 3500 dollardır. Dolların kursuna görə builki ziyarət xərcləri ötən illə müqayisədə bahadır. Ötən il Azərbaycandan Həcc ziyarətinə 2400 zəvvar gedib, onlardan 3-ü Məkkədə dünyasını dəyişib və orada dəfn olunub. Ötən il həm də Həcc ziyarəti kütləvi insan ölümü ilə nəticələnən hadisələrin baş verməsi ilə də yadda qalıb. Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulunu yalnız QMİ aparır.
Xəbəri paylaş
6598 dəfə oxunub.
Digər xəbərlər

29-05-2016, 14:28
Rusiya orbitə raket göndərdi
20-09-2017, 11:04
Uşağa dərs oxutmağın effektli üsulları - VALİDEYNLƏRƏ QIZIL MƏSLƏHƏTLƏR
10-07-2017, 11:08
Azərbaycanlı gəlin namizəd Naz - Ağaoğlu ilə bir arada
11-08-2016, 09:36
Dilənçilərin qucağındakı uşaqlar niyə həmişə yatır? - DƏHŞƏT
5-11-2015, 00:37
Sevgilin səni gerçəkdən sevirmi? – Onu tanımağın yolları
22-04-2017, 12:10
"Juventus" ilk transferini reallaşdırdı
17-12-2016, 23:39
Qar yeməyin bilmədiyimiz zərərləri - Həkimlər xəbərdarlıq edir...
9-09-2022, 12:57
Hər səhər 1 qaşıq için. SAĞLAMLIQ və CAVANLIQ MƏNBƏYİ