Pan Gi Mun İlham Əliyevdən üzrxahlıq edib
Tarix: 23-04-2016 | Saat: 17:43
Bölmə:Karusel / Siyasət / M2 | çapa göndər
BMT-nin baş katibi Pan Gi Mun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub unvanlayıb.
"Xəbəraz.az "in məlumatına görə, məktubda deyilir:
"Hörmətli cənab Prezident, Mən Sizə və Sizin simanızda Azərbaycan xalqına Azərbaycan Respublikasına, eləcə də Gürcüstana və Ermənistan Respublikasına səfərimi təxirə saldığım üçün səmimi üzrxahlığımı çatdırmaq istəyirəm.
Ötən on il ərzində Sivilizasiyalar Alyansı həm xalqlar arasında, həm onların daxilində qarşılıqlı hörmət və tolerantlığın təşviq etdirilməsində mühüm platformaya çevrilmişdir. Sizin şəxsi mövqeyiniz və liderliyiniz sayəsində Alyansın 7-ci Qlobal Forumu öz gələcək kursunu peşəkarlıqla müəyyən edəcəkdir. Mən Sizinlə birgə şəxsən Qlobal Forumda çıxış etməyimi çox səbirsizliklə gözləyirdim və ümid edirəm ki, Sizə videokonfrans vastisəilə qoşula biləcəyəm.
Səfərim zamanı mən, həmçinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində Birləşmiş Millətlər Təşkilatının Sizə və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minsk qrupuna ən yaxşı dəstək verə biləcəyini Sizinlə və regiondakı digər tərəflərlə müzakirə etməyi planlaşdırırdım.
Ümidvaram ki, Siz indiki xüsusi dövrdə qlobal böhranlar səbəbindən mənim Nyu-Yorkda olmağıma anlaşma ilə yanaşacaqsınız. Əfsuslar olsun ki, bəzən baş verən fövqəladə hallar siyasi lider kimi ən böyük arzularımıza və əvvəlki öhdəliklərimizə müdaxilə edir.
Ümid edirəm ki, səlahiyyətlərim başa çatmazdan əvvəl Azərbaycan Respublikasına səfərimin reallaşması üçün qarşılıqlı surətdə digər münasib vaxtı müəyyən edəcəyik.
Zati-aliləri, mənim üzrxahlığımı, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Xəbəri paylaş
5788 dəfə oxunub.
Digər xəbərlər

12-07-2015, 10:32
Vurduğu zərbəyə özü də inanmadı - VİDEO
28-08-2023, 12:09
Özünü axtaladı: Bundan sonra övladı olmayacaq
21-01-2016, 18:11
İranda xəstəxanada ölən 10 aylıq azərbaycanlı körpənin meyiti valideynlərinə verilmir
16-02-2016, 21:30
6 yaşlı uşağın qətlinin səbəbi bilindi- AÇIQLAMA
4-02-2022, 11:45
Gizli düşmən: Pomidor hansı halda komaya səbəb ola bilər?
3-05-2016, 09:03
FHN intiharın qarşısını aldı - Bakıda
22-12-2016, 13:23
Neftçilərin axtarışına “DRON”lar cəlb edilib
22-12-2015, 17:39
İŞİD yaraqlıları Suriyada doqquz məktəblini öldürdülər