Avropada bank böhranı dərinləşir
Tarix: 16-04-2016 | Saat: 19:10
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər
Avropa Mərkəzi Bankının (ECB) avrozona iqtisadiyyatını stimullaşdırma qərarları bank sektorunda böhran yaradıb. "Report" xəbər verir ki, aprel ayında avrozona banklarının səhmləri tarixi minimal səviyyəyə yaxınlaşıb. Belə ki, səhmləri ən çox ucuzlaşan banklar arasında "Deutsce Bank" liderdir.
Britaniyanın HSBC və "Royal Bank of Scotland" banklarının səhmləri minimal səviyyələrini təkrarlayıb. İtaliya banklarının səhmlərinin qiyməti isə fond birjasında 8%-ə yaxın azalıb. Ümumiyyətlə, avrozonanın bank sektoru böyük təzyiq altındadır. İnvestorların kütləvi şəkildə səhmləri satması fonunda spekulyatorlar prosesi daha da sürətləndirirlər.
Avrozona bank sektorunun kapitallaşmasının uzun müddətdir davam edən mənfi tendensiya göstərməsinə səbəb isə ECB-nin iqtisadi stimullaşdırma qərarları olub. Belə ki, ECB-nin tətbiq etdiyi mənfi faiz dərəcələri bank sektorunun mənfəətliliyinə ciddi zərər vurub. ECB-nin baş iqtisadçısı Piter Praetin (Peter Praet) fikrincə, mənfi faiz dərəcələrinə bank sektoru maksimum 2-3 il tab gətirə biləcək.
Qeyd edək ki, ECB-nin avrozonada tətbiq etdiyi monetar siyasət nəticəsində hazırda bölgədə depozit faizi dərəcələri -0,4%, uçot dərəcəsi 0%, marjinal borcvermə faizi isə 0,25%-dir.
Xəbəri paylaş
5498 dəfə oxunub.
Digər xəbərlər

31-08-2017, 13:41
Ən güclü orduya malik ölkələr - Azərbaycan neçəncidir?
30-10-2018, 10:37
Sən demə, insan ürəyin dayanması ilə ölmürmüş -Alimlərdən ŞOK ARAŞDIRMA
2-06-2018, 11:04
Ermənistan silahlı qüvvələri atəşkəsi yenə pozdu - 83 dəfə
5-02-2016, 19:16
Zakir Qaralov: "Böyük işlər görülüb"
13-04-2017, 12:58
Ölkədə kim nə qədər qazanır? – CƏDVƏL
9-02-2017, 22:34
İranda güclü partlayış: 4 ölü, 9 yaralı
15-11-2015, 23:51
Akif Çovdarov 3 milyonluq borcu sildirib - Sensasion ittihamlar
12-06-2020, 09:53
Bakıda gənc iş adamı koronavirusdan öldü
31-05-2015, 13:26
Azərbaycanda yeni şura yaradıldı
26-07-2021, 17:26
Dədəsinə qızıldan heykəl qoyduran icra başçısının tender qalmaqalı