Deputatdan banklarla bağlı həyəcanlı çağırış
Tarix: 15-04-2016 | Saat: 13:37
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər
Vahid Əhmədov: “Bu gün ölkənin bank sistemi iflic haldadır”
“Bankların rəhbərlərini Milli Məclisə dəvət edək, ciddi müzakirələr aparaq”
“Azərbaycan ordusunun təməlində Azərbaycan iqtisdadiyyatı, prezidentin diqqəti dayanır. Biz ordumuzun daha da güclü olmasını istəyiriksə, iqtisadiyyatımızın gücləndirilməsi istiqamətində dövlət başçısının qərarlarını, sərəncamlarının icra olunmasına çalışmalıyq”.
Deputat Vahid Əhmədov bu fikirləri parlamentdəki müzakirələr zamanı deyib. Musavat.com-un parlament müxbiri xəbər verir ki, deputat ölkənin bank sistemi ilə bağlı narahatlığını dilə gətirib: “Bu gün ölkənin bank sistemi iflic haldadır. Bu gün kənd təsərrüfatının inkişaf etdirilməsi prioritetlərdən biridir. Ancaq kənd təsərrüfatının inkişafında maliyyə amili mühüm yer tutur. Hazırda banklarda maliyyənin 83 faizi dollarladır. Manatla əməliyyatlar demək olar ki, həyata keçirilmir. Mən payız sessiyasında təklif etmişdim ki, gəlin bank rəhbərlərini Milli Məclisə dəvət edək, onlarla müzakirə aparaq!”
V.Əhmədov təhlükənin qarşısını almağa çağırdı: “Əgər biz qısa müddətdə bank sistemində ciddi islahatlar həyata keçirə bilməsək, bank sistemində çox ağır vəziyyət yaranacaq. Banklar əhaliyə kredit verməlidir. Amma əhali hətta 5-10 min manatlıq əmanətlərini də banklardan götürə bilmir. Bir daha təklif edirəm ki, bankların rəhbərlərini Milli Məclisə dəvət edək, ciddi müzakirələr aparaq”.
Xəbəri paylaş
5278 dəfə oxunub.
Digər xəbərlər

3-11-2015, 23:33
Müğənni Orxan Rəhimzadə “Gedəcəm” adlı yeni mahnısını təqdim edib.
22-06-2016, 11:22
Makkeyn ABŞ-ın böyük səhvlərindən danışdı
20-04-2015, 13:10
Məşhur aktyor xəstəxanalıq oldu
12-12-2022, 13:25
Yuxularınız xəstəliklərdən xəbər verə bilər
26-03-2015, 12:13
Bakının Sabunçu rayonunda, ata amansızcasına qızını öldürdü
17-10-2016, 10:50
Neft cüzi ucuzlaşdı
4-01-2016, 12:00
Sərxoş sürücü bayram günü maşını ağaca çırpdı
18-01-2017, 14:59
Kamil Zeynallı polis şöbəsinə çağırıldı