Ramana-Maştağa yolu yenidən tikilir – FOTO + VİDEO
Tarix: 05-04-2016 | Saat: 11:08
Bölmə:Karusel / İqtisadiyyat / Foto-fakt / Xəbəraz TV | çapa göndər
Yolda işıqlandırma sisteminin də qurulması nəzərdə tutulub.
Bakı şəhəri Sabunçu rayonunun Ramana-Maştağa avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən müvafiq işlərə başlanılıb.
ASC-dən daxil olan məlumata görə, uzun müddətdir ki, asfalt-beton örtüyü yararsız vəziyyətdə olan yolun ümumi uzunluğu 9,1 km-dir.
Hazırda yolun hərəkət hissəsinin eni 6 m-dir. Tikinti işləri çərçivəsində yolun eni 9 m-ə qədər genişləndirilir.
Bundan başqa yol boyu zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılır, kənara daşınır. Əvəzində 11 m enində yeni yol əsası tikilir.
Tikinti işləri çərçivəsində köhnə-asfalt beton örtüyünün üst qatı frez maşınları vasitəsi ilə qaşınaraq ərazidən daşınır. Bunun əvəzinə isə yeni asflat-beton örtüyünün döşənməsi işləri aparılacaq. Ümumilikdə sözügedən avtomobil yolunun 85 min m2 sahəsinə 2 qat olmaqla müasir standartlara cavab verən yeni asfalt-beton örtüyü döşənəcək.
Ramana-Maştağa avtomobil yolunun kənarlarına 20 min p/m yeni səki daşlarının düzülməsi, həmçinin zəruri olan yerlərdə piyada səkilərinin tikintisi işləri də aparılır.
Bu işlərə paralel olaraq yol boyu kommunikasiya xətlərinin köçürülməsi, həmçinin köhnə xətlərin yeniləri ilə əvəzlənməsi işləri də görülür. Yolda işıqlandırma sisteminin də qurulması nəzərdə tutulub.
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətlə aparılan tikinti işləri çərçivəsində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılacaq.
Ümumiyyətlə 3 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisindən sonra 85.6 min nəfər əhalinin gediş-gəlişi xeyli asanlaşacaq və avtonəqliyyat vasitələrinin Heydər Əliyev prospekti, həmçinin Zabrat-Maştağa avtomobil yoluna rahat çıxışı təmin olunacaq.
Xəbəri paylaş
8528 dəfə oxunub.
Digər xəbərlər

13-06-2015, 12:45
Güləş üzrə kişilər arasında 98 kq-da Yunan-Roma yarışı başlayıb
29-01-2017, 10:10
Rusiyalı turistlər Türkiyədə ödənişi rublla edəcəklər
12-11-2018, 11:18
25 yaşlı gənci “cin çıxartma” adı ilə döyüb öldürdülər
24-03-2016, 13:57
Azərbaycan 1 milyard dollarlıq borc aldı
2-10-2016, 02:23
İşğala, Terrora və Əsassız İddialara Qarşı Beynəlxalq Forumun növbəti iclası keçirilib
18-03-2015, 14:06
“Miss Azerbaijan-2015”in seçimi davam edir: İlk pillədə slavyan mənşəli gözəl qərarlaşıb – FOTO
3-09-2019, 14:12
YAP-dan yeni qərar
5-07-2016, 10:08
Bakıda şadlıq evində yanğın
10-11-2023, 16:59
Azərbaycanda məktəbli qızını xəstəxanaya aparan ana şok yaşadı - Hicaba keçmə səbəbi təəccübləndirir
22-03-2023, 11:43
Sevgilinin başqa bir insanla xəyanət etdiyini göstərən 10 ƏLAMƏT