Qurban Qurbanov: "Azərbaycan ordusunun cəbhədəki uğurları hər birimizi sevindirir"
Tarix: 04-04-2016 | Saat: 21:13
Bölmə:Karusel / İdman / M2 | çapa göndər
"Bir neçə gündür cəbhə bölgəsindən torpaqlarımızın işğalçılardan azad olunması ilə bağlı xəbərlər gəlməkdədir. Azərbaycan ordusunun cəbhədəki uğurları hər birimizi sevindirir. Döyüşlər zamanı 15 əsgərimizin şəhid olması isə üzücüdür. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm". "Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov klubun rəsmi saytına açıqlamasında deyib.
O bildirib ki, hər bir şəhidin xatirəsi əzizdir: "Amma inanıram ki, vətən uğrunda axıdılan qanlar boşuna deyil. Bu gün ön cəbhədə döyüşən əsgərlərimizlə yanaşı, arxa cəbhədə də hər kəs öz üzərinə düşəni etməlidir. Biz burada cəbhədən uzaq olsaq da, hər birimizin fikri, duası əsgərlərimizlədir. Hər kəs öz işini müvəffəqiyyətlə yerinə yetirməyə çalışsa, dövlətimizə, əsgərlərimizə yardım etmiş olarıq. Hazırda güclü dövlətimiz, ordumuz var. Amma ölkəmizin Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bir əmri yetər ki, əli silahlı topraqlarımızın müdafiəsinə yollanaq. O əmr gəldiyi zaman hər birimiz vətən üçün döyüşməyə hazırıq".
Qeyd edək ki, aprelin 2-dən etibarən cəbhə bölgəsində erməni təcavüzkarları tərəfindən Azərbaycan tərəfinə edilmiş hərbi müdaxiləyə Azərbaycan ordusu tərəfindən əks-həmlə ilə cavab verilib. Nəticədə düşmənin 200-dən çox canlı qüvvəsi, çoxlu sayda hərbi texnikası sıradan çıxarılıb. Azərbaycanın 15 hərbçisi isə şəhid olub.
Paylaş:
Xəbəri paylaş
6218 dəfə oxunub.
Digər xəbərlər

3-10-2016, 01:43
Obamanı söyən prezident yəhudilərdən üzr istədi
10-03-2021, 17:11
Fransız ekspert: Makron anladı ki, Ərdoğanla münaqişə olmaz
11-09-2023, 17:24
Aysunun keçmiş əri evlənir - "Həyatımda insan var və mən xoşbəxtəm!"
28-06-2016, 19:09
“Peşəkar jurnalist” Virtual Təlim Mərkəzi təlimlərini yekunlaşdırdı
8-02-2017, 16:40
"O biri oğlumu da əsgərliyə göndərərdim" - Şəhid Çingizin atası
7-01-2018, 22:25
Acundan Yıldız Tilbeye sürpriz
8-08-2016, 12:08
Uşaqlar üçün nağıllar kitabı çap olundu
23-07-2021, 12:13
Sabirabadda polis gözətçini öldürdü
1-04-2022, 12:04
Boyunu şaqqıldadıb sındırmaq beyin üçün təhlükəlidir - Xəbərdarlıq
31-07-2015, 21:16
Telefonunuz qarpızla enerji yığa bilər - Bunu mütləq izləyin... - VİDEO