BQXK tərəflər arasında neytral vasitəçi olmağa hazırdır
Tarix: 03-04-2016 | Saat: 19:53
Bölmə:Karusel / Siyasət / M2 | çapa göndər
“Tərəflər mülki şəxslərin həyatının müdafiəsini təmin etməlidir”.
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Dağlıq Qarabağ münaqişəsinin təmas xətti boyu baş verən döyüşlərin 2 aprel 2016-cı il tarixdə gərginləşən humanitar təsirlərindən narahatdır. Tərəflərin verdiyi məlumatlara görə zərər çəkənlər arasında mülki şəxslər də var.
“Biz son gərginliyin təsir etdiklərinə yardım və dəstək göstərməyə, həmçinin tərəflər arasında neytral vasitəçi olmağa hazırıq” – deyə BQXK-nın Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Patrik Vial deyib:
“Bütün münaqişə tərəflərinin beynəlxalq humanitar hüququn qaydalarına riayət etmək barədə öhdəlikləri var. Bu qaydalara görə, tərəflər mülki şəxslərin həyatının və mülki infrastrukturun müdafiəsini təmin etməlidir”.
BQXK Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1992-ci ildən bəri regionda fəaliyyət göstərir. Bakı və Yerevandakı nümayəndəlikləri və həmçinin Dağlıq Qarabağdakı missiyasının vasitəsilə BQXK, təmas xətti və Azərbaycan-Ermənistan beynəlxalq sərhədi boyu yaşayan icmalara dəstək verir. Bundan əlavə, BQXK, münaqişə nəticəsində itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılmasında yardımçı olur və onların ailələrinə dəstək verir, saxlanılan şəxslərə baş çəkir və münaqişə tərəflərin azad etdiyi insanların geri qaytarılmasında neytral vasitəçi qismində iştirak edir.
Xəbəri paylaş
5948 dəfə oxunub.
Digər xəbərlər

14-08-2016, 14:16
Evdə bitki saxlamağın - Faydaları
11-02-2016, 14:08
Сinsi azlıqlar Təhsil Nazirliyinə etiraz edir
5-06-2023, 11:16
“WhatsApp”a gözlənilən özəllik gəldi- Artıq mesajlarınızı...
4-06-2018, 10:53
İbrahimbəyovun titulları geri alınacaqmı?
28-12-2015, 14:25
İlham Əliyev açılış etdi
10-04-2016, 20:21
Koreyadakı azərbaycanlılar Ermənistanın təxribatına etiraz edib
25-04-2015, 17:48
Ağdam və Şuşanın SON görüntüləri
14-07-2018, 12:34
Axtarışda olan 55 nəfər həbs edildi -RƏSMİ