Lənkəranda baş verən qəzada ölənlərin sayı dördə çatdı
Tarix: 24-03-2016 | Saat: 10:29
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
Araşdırma aparılır.
Lənkəranda ötən gecə minik avtomobilinin vurduğu daha bir piyada, şəhər sakini, 25 yaşlı Səbuhi Əliyev bu gün səhər saatlarında xəstəxanada ölüb.
"Xəbəraz.az "-ın APA-ya istinadən məlumatına görə, martın 23-də saat 21:30 radələrində Lənkəran-Boradigah şosesinin, şəhərin elektrik şəbəkəsi ərazisindən keçən hissəsində 3 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Astara rayon sakini, 1996-cı il təvəllüdlü Xansu Əlizadə idarə etdiyi “VAZ-21099” markalı, 10-EG-472 dövlət nömrə nişanlı minik avtomobili ilə yoldan keçən 4 piyadanı vurub.
Daha sonra avtomobil ağaca çırpılıb. Qəza zamanı piyadalardan üçü - Lənkəran şəhər sakinləri 1995-ci il təvəllüdlü Əli Cəbrayılov, 1979-cu il təvəllüdlü İmran İsmayılov, 1988-ci il təvəllüdlü Elvin Hüseynov aldıqları çoxsaylı bədən xəsarətləri nəticəsində ölüblər.
Avtomobilin sərnişini, Astara rayon sakini, 1987-ci il təvəllüdlü Kənan Həsənov və daha bir piyada, Lənkəran şəhər sakini, 1991-ci il təvəllüdlü Səbuhi Əliyev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasında (MRX) yerləşdiriliblər.
Ölən şəxslərin meyitləri Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə gətirilib. Həkimlərin səylərinə baxmayaraq, MRX-nin reanimasiya şöbəsinə yerləşdirilmiş 25 yaşlı Səbuhi Əliyevin həyatını xilas etmək mümkün olmayıb.
Hadisəni törətmiş sürücü və onun yanındakı sərnişinləri olan iki həmyerlisi - 1997-ci il təvəllüdlü Nasir Sultanov və Murad Hüseynov isə hadisə yerindən yayınıblar.
Hazırda rayonun hüquq-mühafizə orqanları tərəfindən onların saxlanması istiqamətində zəruri tədbilər görülür.
Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
6128 dəfə oxunub.
Digər xəbərlər

26-11-2016, 00:53
Astroloji proqnoz - 26 noyabr
17-09-2021, 12:39
Şəmkirdə qadın yaşadığı evdə qonşusu ilə ərinə xəyanət etdi - Qaynanası gələndə isə...
21-01-2019, 22:35
“WhatsApp” da gözlənilən YENİLİK
26-03-2022, 12:32
Banan qabığı ilə yeyilməlidir. Mütəxəssislərdən tövsiyə
26-09-2015, 13:40
DİN qadın işçi axtarır
1-07-2016, 14:04
26 yaşlı gənc Vüsalə Qasımovanın yardıma ehtiyacı var.
21-09-2016, 10:24
İŞİD-dən növbəti vəhşilik: Üç nəfər çarmıxa çəkildi
10-12-2020, 11:51
"Başqa işlə məşğulam" - General Ordudan uzaqlaşdırılmasından DANIŞDI
27-09-2018, 13:42
"Allah haqqı, evdə məni "nadayet" ediblər" - Şagirdlərə öyrədilən Azərbaycan dili kitabında biabırçılıq
23-05-2016, 13:24
İran Qafqazda aktivləşmək üçün məqam gözləyir”