Şəxsiyyət vəsiqəsini başqasına verməyin! (VİDEO)
Tarix: 14-03-2016 | Saat: 10:16
Bölmə:Karusel / Gündəm / M2 / Xəbəraz TV | çapa göndər
Bəzi əşyaları və ya geyim kirayə götürdükdə şəxsiyyət vəsiqəsi tələb olunur. Daha dəqiq desək, beh qoyursan və şəxsiyyət vəsiqəsini təqdim edirsən. Əşyanı qaytardıqda isə şəxsiyyət vəsiqəni geri götürürsən. Mütəxəssislər isə xəbərdarlıq edirlər! Şəxsiyyət vəsiqəniz cinayətdə istifadə oluna bilər.
Kirayə bazarında şəxsiyyət vəsiqəsi əsas götürülür. Kirayə götürən şəxsdən girov kimi şəxsiyyət vəsiqəsini qoyması tələb olunur.
Kitabxana, kirayə geyim və disk dükanları kimi bir çox sahələrdə şəxsiyyət vəsiqəsinin girov kimi tələb olunması adi hala çevrilib. Bir çox insan başına gələ biləcək təhlükədən xəbərsizcəsinə vəsiqəsini tanımadığı şəxsə əmanət edir.
Əslində isə şəxsiyyət vəsiqəsi bir çox cinayətlərdə maddi sübut kimi istifadə oluna bilər. Kimsə sizinşəxsiyyət vəsiqənizlə mobil nömrə ala və ya onu cinayət yerində qəsdən unuda bilər.
Qeyd edək ki, qanunvericiliyə görə, şəxsiyyəti təsdiq edən sənədi girov formasında saxlamaq qanuna ziddir. Kirayəyə əşya götürdükdə isə tərəflər arasında girov müqaviləsi bağlanılmalıdır. Sahibkarlar isə vergi ödəməmək üçün məhzvəsiqə tələb edirlər.
Şəxsiyyət vəsiqəsi vacib sənəd sayıldığından hətta itdiyi zaman aidiyyəti orqanlara xəbər verilməlidir.
Xəbəri paylaş
7268 dəfə oxunub.
Digər xəbərlər

13-08-2017, 15:04
Sibel Can illər sonra bikinidə görüntüləndi
6-09-2016, 15:37
FHN özünü binadan atmaq istəyən şəxsi xilas etdi
21-08-2017, 16:38
Prezident icra başçısı ilə bağlı sərəncam verdi
9-01-2016, 12:56
Öldürülən Qızıl Məryəm haqda MUM-da nə dedilər - Foto
18-03-2022, 02:57
Narkotik aləminin "xaç anası" SAXLANILDI
3-11-2016, 11:10
Rusiya hərbi təyyarəsi Estoniyaya girdi
19-03-2015, 22:49
Dəhşətli görüntünün sirri tapıldı VİDEO
3-07-2017, 11:36
Uzun ömür sürməyin yolları tapıldı - Buna əməl edərək çox yaşayın
27-09-2018, 12:52
Oğlundan İlhamə Quliyeva ilə bağlı açıqlama: "Ölümündən bir neçə saat əvvəl..." - VİDEO