İNANILMAZ: Udduğu batareya uşağın ağciyərini deşdi - FOTO
Tarix: 14-02-2016 | Saat: 13:37
Bölmə:Karusel / Səhiyyə / Foto-fakt | çapa göndər
İki yaşlı qız oyuncağın kiçik batareyasını uddu… və ölümdən döndü.
Sofi adlı qızcığaz otağında oynayan zaman oyuncağın içində çıxardığı batareyanı udur və bərkdən ağlamağa başlayır. Uşağın səsinə otağa gələn valideynlər təlaşdan nə edəcəklərini bilmirlər. Uşağının hələ heç vaxt bu cür ağladığını görməyən anası Kler körpə qızına sarılıb sakitləşdirməyə çalışsa da, alınmır. Boğazını tutub ağlayan uşağın çox pis vəziyyətdə olduğunu görən ana onun nəsə udduğunu başa düşür. Sofini təcili həkimə çatdırırlar və rentgen nəticəsində onun batareya udduğu məlum olur.
Həkimlər batareyanı uşağın bədənindən çıxarmağa nail olurlar. Lakin ciyərindəki deşiyi görmürlər. Xəstəxanadan evə buraxıldıqdan sonra Sofinin vəziyyəti günü-gündən pisləşməyə başlayır. Təkrar müayinə zamanı məlum olur ki, batareyanın tərkibindəki asit nəticəsində uşağın ağciyərində yaranan deşik getdikcə böyüyür.
2 yaşlı körpə yenidən əməliyyat olunur və 6 aylıq müalicə kursu keçir.
Möcüzə nəticəsində həyata qayıdan Sofinin hazırki durumu yaxşıdır, ancaq hələ də hər gün həb qəbul edir. Bu hadisədən sonra Sofinin valideynləri dərnək yaradıblar, xeyriyyə məqsədilə pul toplayıb eyni halların baş verdiyi ailələrə yardım edirlər.
Xəbəri paylaş
7168 dəfə oxunub.
Digər xəbərlər

12-03-2015, 09:37
Gizli bahalaşmaya start verildi...
17-01-2018, 11:49
Ən çox korrupsiya hansı sahələrdədir?- RƏSMİ AÇIQLAMA
13-10-2021, 11:50
Bakıda “Qocalar evi”nin qadınlarına fahişəlik təklif edilib - SENSASİYALI İDDİA + FOTO
2-07-2016, 18:23
Məşhur müğənni yarıçılpaq fotolarını paylaşdı - FOTO
26-07-2017, 17:12
Atası sabirabadlı, anası tovuzlu olan azərbaycanlı qarabala - VİDEO
21-06-2017, 12:49
Daşkəsəndə ana və körpəsi qətlə yetirilib
9-12-2015, 18:45
"Cennifer Lopezdə olduğu kimi istəyirəm"
15-08-2015, 20:55
Borcu ödəyə bilmədi, bankda polisi yandırdı - Bakıda