Qəbul imtahanlarına buraxılış qaydası dəyişdi
Tarix: 01-02-2016 | Saat: 17:37
Bölmə:Karusel / Təhsil / M2 | çapa göndər
Tələbə Qəbulu Komissiyasının (TQDK) Kollegiyası “Namizədlərə imtahana buraxılış vərəqələrinin internet vasitəsilə verilməsi haqqında inzibati reqlament”də dəyişiklik edib.
APA-nın məlumatına görə, bu inzibati reqlamentdə nəzərdə tutulan elektron xidmət orta təhsil müəssisələrinin buraxılış və ali və orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edən şəxslərə test və qabiliyyət imtahanına buraxılış (qeydiyyat) vərəqələrinin internet vasitəsilə onlayn rejimdə verilməsi üçün nəzərdə tutulub.
Dəyişiklik namizədlərə imtahana buraxılış vərəqələrinin internet vasitəsilə verilməsi prosesində şifrin (buraxılış imtahanı iştirakçısının şəxsiyyətini təsdiq edən sənədin nömrəsi) ləğvi ilə bağlıdır.
İndiyə qədər namizəd xidmətin təqdim edildiyi elektron ünvana keçib iş nömrəsini, şifri (buraxılış imtahanı iştirakçısının şəxsiyyətini təsdiq edən sənədin nömrəsi) və ekranda göstərilən kodu müvafiq sahələrə daxil edib. Dəyişikliyə əsasən bundan sonra namizəd xidmətin təqdim edildiyi elektron ünvana keçib iş nömrəsini, soyadı, adı, atasının adı və ekranda göstərilən kodu müvafiq sahələrə daxil edəcək.
Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma formasından da şifr çıxarılıb.
Xəbəri paylaş
7168 dəfə oxunub.
Digər xəbərlər

1-07-2016, 14:04
26 yaşlı gənc Vüsalə Qasımovanın yardıma ehtiyacı var.
20-12-2018, 10:32
Bu yollarda sürət həddi endirildi
11-07-2016, 14:38
Finalı kölgədə qoyan gözəllər - FOTOLAR
28-04-2020, 15:36
DİN-dən ƏMƏLİYYAT: Şirkət rəhbəri saxlanıldı (VİDEO)
15-08-2015, 16:14
Kürdəmirdə 22 yaşlı qadın sirkə turşusu içərək intihar edib
13-05-2015, 12:38
Alimlər tədqiqat aparıblar.Wi-Fi sağlamlıq üçün zərərlidir
6-12-2015, 18:50
Rövnəq Abdullayev hazırda axtarış-xilasetmə işlərinə nəzarət edir
22-08-2017, 15:52
Mətanət Əliverdiyeva: Ərimdən boşanma xəbərim şou idi
3-12-2018, 11:22
Bakıda həkim barəsində cinayət işi başlanılıb