Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qızımı zülmlə öldürüblər. Bu haqqda Ata danışdı
Tarix: 08-04-2015 | Saat: 12:04
Bölmə:Karusel / Gündəm / Səhiyyə / M2 | çapa göndər

Qızımı zülmlə öldürüblər. Bu haqqda Ata danışdı
“Niyə insanları bədbəxt edirlər?”.

“Starmed” klinikasının fəaliyyəti dayandırılıb. Səhiyyə Nazirliyinin başqa reaksiyasını görməmişik. Ölüm halı ilə bağlı Yasamal Prokurorluğuna müraciət etmişəm. Ehtiyatsızlıq üzündən ölümə səbəb olma maddəsi ilə cinayət işi açılıb. Fuad adlı müstəntiqin apardığı ilkin istintaq prosesi davam edir. Əməliyyatda iştirak edən tibbi heyətdən ilkin ifadələr alınıb. Tibbi ekspertizanın rəyini gözləyirik.

Xeberaz.az xəbər verir ki, bu sözləri Analitik.az-a Maliyyə-İqtisad Kollecinin tələbəsi, 18 yaşlı Leyla Mürsəlovanın atası deyib.

Martın 18-də burun əməliyyatı zamanı həyatını itirən qızın valideyni Namiq Mürsəlov Səhiyyə Nazirliyinə, Heydər Əliyev Fonduna və başqa qurumlara yazılı müraciət edib. Onun sözlərinə görə, Leylanın əməliyyatı tək plastik məqsədli yox, həm də tibbi tərəfdən lazımlı olub. Qızın burnunda çəpər əyriliyi varmış.

N.Mürsəlov qızının ürək problemini gizlətdiklərini yazanlara irad tutub:

“Leylanın kiçik yaşlarında ürəyində azca narahatlığı vardı, müalicə etdirmişdik. Son illər şikayəti də yox idi. Biz fevralın 20-də həkimlə ilk konsultasiyaya getdik. Martın 9-u analizlər, müayinələr aparılıb. Sənan həkim kobud insandı, onun xəstələrlə davranışı əvvəldən xoşuma gəlmədi. Həkim pasiyenti ilə danışanda sağlamlıq problemlərini, istəkləri, psixoloji vəziyyətini nəzərə almalıdır. Əməliyyatdan qabaq hazırlıq mərhəsi heç olmadı. Əməliyyatla bağlı sənədləşmə qəti aparılmayıb. Sadəcə əməliyyat haqqı - 1500 manat danışmışdıq, vəssalam. Qızımın ətraflı müayinə və psixi hazırlığı tam edilmədi. Bunları sonradan daha aydın başa düşdüm. Təsəvvür edin, əməliyyatda rol oynayan anestezoloqu yalnız faciəmizi xəbər verəndə gördük. Ona kimi bizdən hər hansı sorğu-sual olunmadı. Ən azı qızımın əməliyyatına icazəsi üçün müqavilə, sənəd belə imzalamadım. Belə çıxır ki, onlar qeyri-qanuni və doğmanın izni olmadan əməliyyata başlamışdılar”.

N.Mürsəlov deyib ki, səhər saat 11-ə işləmiş anestizoloq gəlib:

“Dedi ki, bəs Leylanın təzyiqi düşüb, temperaturu çox yüksəkdir, ürəyi dayanmaq üzrədir. Amma biz vəziyyətini normala qaytarmağa çalışırıq. Həmin vaxt onlar bizdən Leylanın vəziyyətini gizlətdilər, bəlkə də onda qızım keçinmişdi. Amma bizə ölüm xəbərini təxminən axşam saat 4-də dedilər. Vaxtında bizə doğru məlumat versəydilər, mən də əlavə həkim gətirməyə çalışardım. Amma qızımın doğrudan da vəziyyəti ağır olub və bunlar hətta əlavə reanimatoloq da gətiriblər sonradan, o da gec gəlibmiş”.

N.Mürsəlov bildirib ki, Sənan həkimin ilkin ifadələri saxtadır:

“Sənan həkim deyir ki, guya qızımın vəziyyəti əməliyyatı başa çatdırana yaxın pisləşib. Axı əməliyyat saatına nəzər salsaq, həkimin qızımın vəziyyəti haqqında ara-sıra bizə verdiyi məlumatlarla onun ifadəsində böyük fərq görərik. Çünki narkozdan sonra qızımın pisləşməsini xəbər edən həkimlər vəziyyətini normala qaytarmadan necə əməliyyat ediblər? Belə çıxır ki, qızım keçinəndən sonra əməliyyata başlayıblar. Çünki qızımın burnunda tamponlar vardı. Bunu əlbəttə Leylanın ölümündə məsuliyyətdən qaçmaq üçün ediblər”.

Mərhumənin atası ürəkparçalayan sözlər deyib:

“Mənə ağır gələn odur ki, qızımı zülmlə öldürüblər. Biz onu görəndə qolları, biləkləri gömgoy idi. Görünür ki, qızım hansısa iynəyə reaksiyası zamanı şok keçirib və onu qollarından bərk saxlayıblar. Tibb bacısının ifadəsi isə məni lap özümdən çıxardı. Əməliyyatda iştirak edən qadın deyir ki, vəziyyəti pisləşən qızımı görəndə pis olub və otağı tərk edib. Axı əməliyyatdakı tibb işçisi müdaxilə, əl-ayağa düşmək əvəzinə niyə qaçmalıdır ki? Belə naşı, məsuliyyətsiz tibb işçiləri niyə insanları bədbəxt edirlər?”.


Xəbəri paylaş

7618 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___