İlham Əliyev Davosa gedir
Tarix: 17-01-2016 | Saat: 14:55
Bölmə:Karusel / İqtisadiyyat / Gündəm / M2 | çapa göndər
Dövlət başçısı Dünya İqtisadi Forumunda iştirak edəcək.
Azərbaycan prezidenti İlham Əliyev gələn həftənin əvvəlində İsveçrənin Davos şəhərində işə başlayacaq Dünya İqtisadi Forumunda iştirak edəcək.
Xeberaz.az-in məlumatına görə bu haqda Türkiyənin “Habertürk” qəzeti yazıb.
Davos forumu bu dəfə “Dördüncü sənaye inqilabı” devizi altında keçiriləcək. Forumda dünyanın 100-dən artıq ölkəsindən 2500-ə yaxın qonaq, o cümlədən prezidentlər, baş nazirlər, iri korporasiyaların rəhbərləri iştirak edəcəklər.
Forumda Azərbaycan prezidenti ilə yanaşı ABŞ vitse-prezidenti Cozef Baydenin, dövlət katibi Con Kerrinin, Böyük Britaniyanın baş naziri Devid Kemeronun, Kanada baş naziri Jastin Trudeaunun, İran xarici işlər naziri Cavad Zərifin, Yunanıstan baş naziri Aleksis Tsiprasın və digər dövlət rəsmilərinin də iştirakı təsdiqlənib. Habelə Türkiyənin baş naziri Əhməd Davudoğlu Londona bu gün başlayan səfərini başa vurandan sonra Davos forumuna qatılacaq.
Azərbaycan prezidentinin indiki situasiyada Davos forumunda iştirakı xüsusi önəm daşıyır. Belə ki, bu forum Azərbaycana xarici investisiyaların cəlb edilməsinə yönəlmiş danışıqlar üçün mühüm fürsətdir. Manatın devalvasiyası və neftin ucuzlaşdığı bir vaxtda Azərbaycanın qeyri-neft sektoruna xarici investisiyaları cəlb etməsi indi daha vacib məsələ kimi gündəmdə dayanır.
Xəbəri paylaş
6498 dəfə oxunub.
Digər xəbərlər

8-09-2016, 20:22
Leyla Əliyeva Bakı Şahmat Olimpiadasında +FOTOLAR
28-04-2016, 09:32
Ermənilər Ağdamda 50 ev dağıtdı - Rəsmi
12-09-2017, 16:45
Adı Rövşən Lənkəranskinin qətlində hallanan azərbaycanlı Tbilisidə öldürülüb - YENİLƏNİB-1
18-07-2016, 11:20
Prezident İlham Əliyev Olimpiya Oyunlarında iştirak edəcək idmançıların yolasalma mərasimində iştirak edib
27-10-2018, 11:02
Azərbaycana qar yağdı - Fotolar
29-06-2016, 18:15
Erməni əsgər göldə boğuldu
18-10-2022, 09:52
Azərbaycanda ŞOK OLAY : Ölü dirildi
11-08-2018, 16:51
Heç kim onun nənə olduğuna inanmır - Fotolar
16-01-2019, 17:20
"Yumurta qədər hörmətimiz yoxdur"-Röya