Bakıda poçt şöbəsi qarət edildi
Tarix: 10-01-2016 | Saat: 22:29
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
Bakının Xətai rayonunda poçt şöbəsi qarət edilib.
Hadisə Əhmədli kəndi, Şahin Səmədov küçəsində qeydə alınıb. Oğrular “Azərpoçt” MMC-nin 3 saylı filialının 32 saylı poçt şöbəsini qarət ediblər.
Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsindən APA-ya verilən məlumata görə, oğrular 32 saylı poçt şöbəsinə binanın yan tərəfindən daxil olublar. Belə ki, pəncərə önündəki dəmir qoruyucuları kəsən oğrular içəri daxil olduqdan sonra 110 manat, 200 dollar və poçt markalarını aparıblar. Eyni zamanda onlar oğurluq əməlini törədən zaman poçtun siqnalizasiya sisteminin kabelini kəsərək sıradan çıxarıblar.
Hadisə yerinə Xətai Rayon Polis İdarəsinin əməkdaşları gəliblər. Ərazi mühafizəyə götürülüb. Daha sonra barmaq izləri müəyyən olunaraq qeyd edilib. Məlumat üçün qeyd edək ki, ərazidə heç bir müşahidə kamerası yoxdur.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Xəbəri paylaş
5918 dəfə oxunub.
Digər xəbərlər

15-05-2015, 13:37
İlham Əliyev və Birinci xanım “Bulvar Hotel”in açılışında
17-03-2015, 15:19
Hicablı Fahişələr tutuldu! ar olsun!!!
12-08-2023, 18:11
İstanbulda tarixi bina çökdü - Dağıntılar altında qalan var
22-10-2023, 11:36
Şamanlardan sizi xoşbəxtliyə aparan TALE SİRLƏRİ
11-09-2015, 02:22
Elnur Məmmədli: “Bu vəzifəni gözləmirdim”
22-02-2016, 10:20
Vergilər Nazirliyində yeni təyinat
20-09-2019, 17:19
ADU-nun rektoru Polis Akademiyasının nümayəndə heyəti ilə görüşüb - FOTO
10-09-2018, 16:07
Göl kənarında dəfinə tapıldı - FOTO
5-03-2016, 22:48
Qurbanov: "Qalatasaray"la oyun önəmli deyil"