Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Naxçıvan gömrüyündə monopoliya ləğv edildi
Tarix: 29-12-2015 | Saat: 23:24
Bölmə:Karusel / İqtisadiyyat / Gündəm / M2 / Aktual | çapa göndər

Naxçıvan gömrüyündə monopoliya ləğv edildi
Xəbəraz.az Ölkə.az saytınadən xəbər verir ki, Naxçıvan MR gömrüyündə bütün monopoliyalar ləğv edilib.

Naxçıvandakı məlumatlı mənbədən redaksiyamıza bildiriblər ki, bu barədə dünən Naxçıvan Dövlət Gömrük Komitəsində keçirilən kollegiya iclasında Komitənin sədri general-leytenant Asəf Məmmədov əməkdaşlarına tapşırıq verib.

Azərbaycanda baş verən son devalvasiyadan sonra daxili bazarda gedən sürətli bahalaşma gömrükdəki inhisarın aradan qaldırılması zərurətini gündəmə gətirmişdi. İqtisadi ekspertlərin əksəriyyəti daxili bazarda bahalaşmanın qarşısını almağın yolları kimi məhz monopoliyanın aradan qaldırılmasını göstərmişdilər.

Xatırladırıq ki, Naxçıvan MR ərazisində üç iri gömrük keçid məntəqəsi var. Bunlardan biri Türkiyə ilə sərhəddəki Sədərək gömrük məntəqəsi, digərləri isə İranla sərhəddə yerləşən Culfa və Şahtaxtı gömrük məntəqələridir.

İclasda həmçinin bundan sonra Muxtar Respublikaya daxil olan bütün malların rəsmi qeydiyyata alınması tapşırılıb.


Xəbəri paylaş

9958 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___