Astananın adı dəyişdi - Nur-Sultan oldu
Tarix: 23-03-2019 | Saat: 12:40
Bölmə:Karusel / Dünya | çapa göndər
Qazaxıstanın prezidenti səlahiyyətlərini icra edən Kasım-Jomart Tokayev paytaxtın adının dəyişdirilməsi barədə konstitusiyaya dəyişikliyi imzalayıb.
Dəyişiklikdə bildirilir ki, Qazaxıstan Respublikasının paytaxtı Astana şəhəri Nur-Sultan şəhəri adlandırılsın.
Qeyd edək ki, bundan əvvəl K.Tokayev paytaxtın adının martın 19-da istefa verən ölkənin ilk Prezidenti Nursultan Nazarbayevin şərəfinə adlandırılmasını təklif etmişdi. Martın 20-də parlametin deputatları konstitusiyaya müvafiq dəyişikliyi qəbul ediblər. Dəyişikliyin qüvvəyə minməsi üçün dövlət başçısının qanunu imzalaması lazım idi.
Xatırladaq ki, Astana şəhərinin adı 1961-ci ilədək Akmolinsk, 1961-1992-ci illərdə Tselinoqrad, 1992-1997-ci illərdə isə Akmola olub. Şəhərə Astana adı (mənası "paytaxt") 1998-ci ildə Qazaxıstan paytaxtı statusu alanda verilib.
Xəbəri paylaş
7188 dəfə oxunub.
Digər xəbərlər

30-09-2016, 13:54
"Kredit borcları haqqında" qanun layihəsini müzakirəyə çıxarılır
12-08-2016, 00:59
Millət vəkili Cavid Qurbanovun tapşırığı əsasında Kəlbəcərlilərin problemləri yerindəcə həll olunur
26-12-2015, 16:46
İŞİD əməliyyatı: Tutulanlar arasında azərbaycanlılar da var (FOTO)
15-06-2015, 13:18
Azərbaycandan Gürcüstana yardım etdi
20-06-2015, 14:23
Şüvəlanda bacısını öldürən şəxsin məhkəməsi başladı
3-07-2021, 14:36
Deputat "Azəristiliktəchizat"ı sərt TƏNQİD ETDİ
7-05-2016, 00:08
Bakda qadın sirkə turşusu içdi və öldü
17-08-2016, 14:04
Bakıda sərnişin avtobusu yandı - Texniki yoxlanışdan keçməyibmiş
11-06-2016, 12:51
Maştağalı qohumunu güllələdi
6-10-2018, 14:47
İlhamə Quliyevanın oğlu həbs edildi