Tanış olduğu qadının kişi çıxdığını görüb onu öldürdü - TƏFƏRRÜAT
Tarix: 19-03-2019 | Saat: 20:14
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olmaqda təqsirləndirilən Rafiq Şıxəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, R.Şıxəliyevin ittiham olunduğu Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsif edilib və o, 3 il müddətinə azadlıqdan məhrum olunub.
Məlum olub ki, hadisə ötən il Bakı şəhəri Nizami rayon ərazisində baş verib.
R.Şıxəliyev toy məclisindən çıxıb evə gedən zaman küçədə cinsi azlığın nümayəndəsi olmuş R.B-la (ad, soy ad şərti) tanış olub.
Daha sonra R.Şıxəliyev həmin şəxsi qadın bilib, cinsi əlaqədə olmaq üçün 50 manat pul verib.
R.B isə qadın olmadığını ona deyəndən sonra R.Şıxəliyev verdiyi 50 manat pulu geri istəyib. Bu zaman hər iki şəxs arasında mübahisə yaranıb.
R.Şıxəliyev sonuncuya yumruq vurub. Xəstəxanaya çatdırılan cinsi azlıq nümayəndəsi bir müddətdən sonra orada dünyasını dəyişib.
Xəbəri paylaş
6008 dəfə oxunub.
Digər xəbərlər

3-01-2022, 12:05
DSX-nin hərbçilərini qətlə yetirən şəxs saxlanıldı
1-04-2017, 13:53
Azərbaycanlı aktrisa məşhur türk serialında - Fahişə obrazı+Video
1-08-2021, 11:36
Hansı bürcdən olan kişi daha sədaqətlidir?
27-04-2016, 20:33
Cəbhədə tank əleyhinə minalar tapıldı
17-02-2016, 16:25
Azərbaycanda “kolxoz” yaradıldı
11-09-2015, 11:38
Dünyanın ən böyük təndiri bizdə – FOTO
22-09-2022, 11:12
Oğlunun şad gününə hazırlaşan şəhid atası: "Hiss edirdim ki, toyu olmayacaq" - VİDEO
30-06-2015, 12:09
Fransa Sarkisyanın yox, əhalinin tərəfini tutdu
24-02-2023, 17:30
"Elgizlə izlə"də 51 yaşlı qadın 32 yaşlı oğlana elçi düşdü - VİDEO