Bu gün Azərbaycanda 20 Yanvar faciəsinin 29-cu ildönümü qeyd olunur.
Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-də ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı Sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.
Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla, cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu bir daha nümayiş etdirdi.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 137 insan öldürüldü, 744-ü ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı.
Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi. Bu qanlı hadisələrdən illər keçsə də, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir.
Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.
Azərbaycanda 20 Yanvar faciəsinin 29-cu ildönümü qeyd olunur
Tarix: 20-01-2019 | Saat: 10:51
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Xəbəri paylaş
4418 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 20-01-2019 | Saat: 10:51
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
4-03-2017, 15:30
“Ərim anasıyla əl-ayağımı bağlayırdı...”-VİDEO
7-01-2016, 13:52
Azərbaycan əsgərləri Əfqanıstana yola salındı FOTO
28-08-2016, 11:16
Türkiyədən qaçan Hakan Şükürün varidatı açıqlandı - SİYAHI
23-11-2017, 11:47
“Qarabağ” – “Çelsi” matçı rekord vurdu
17-02-2018, 19:10
Deputatlar Xocalı soyqırımı ilə bağlı Avropaya gedirlər
11-06-2017, 11:09
Çayxanada qanlı dava — 20 yaşlı oğlanı ölümcül yaralandı
29-05-2022, 11:37
Nadir Qafarzadədən sərt sözlər: “Əvvəl ağır oğlan idi, indi “TikTok”da bambılılıq edir” - VİDEO
13-07-2017, 19:38
Syaobo öldü...
12-09-2016, 14:05
Məhkəmə Telman İsmayılovun kassasiya şikayətini - Rədd etdi
11-01-2016, 18:07
Leyla Əliyevanın rəsmləri - Foto