"Məğlubiyyəti gözləyirdim" - Qurban Qurbanov
Tarix: 21-11-2018 | Saat: 10:44
Bölmə:Karusel / İdman / Müsahibə | çapa göndər
Rəqibi layiqli qələbə münasibətilə təbrik edirəm. Məğlubiyyəti gözləyirdim. Çünki bura qələbə üçün gəlmişdik və bizi istənilən nəticənin gözlədiyini bilirdik. Həm ilk, həm də ikinci hissədə eyni ssenari təkrarlandı. Rəqib komandanın gücü tam bilindi. Əfsuslar olsun ki, uduzduq. Kosovoya uğurlar arzulayıram.
Bunu Azərbaycan yığmasının baş məşqçisi Qurban Qurbanov səfərdə Kosovoya 0:4 hesabı ilə uduzduqları UEFA Millətlər Liqasının VI tur matçından sonra mətbuat konfransında deyib. 46 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:
- Bugünkü məğlubiyyəti yorğunluqla, yoxsa psixoloji problemlərlə əlaqələndirirsiniz?
- Bunların heç birini səbəb gətirmək istəməzdim. Rəqibin gücü bizdən çox idi. Üstünlük onların tərəfində idi. Ustalıq səviyyəsi və digər komponentlərdə geri qaldıq. Yorğunluq və psixoloji sıxıntı həmişə olur. Rəqib yaxşı komanda idi.
- Belə məğlubiyyətin qarşısını almaq üçün B planınız var idi?
- Bizim 3 oyunçu dəyişmək imkanımız var idi. Bunu da oyunun gedişində edə bilərdik. Qollar elə vuruldu ki, dəyişikliyə imkan olmadı. Bu halda hansısa dəyişiklik matçın gedişinə təsir etməyəcəkdi.
- Millətlər Liqasında belə nəticə göstərdiksə, Avropa çempionatının seçmə mərhələsində bizi nə gözləyir?
- Bizi nə gözlədiyini deyə bilmərik. Dəfələrlə demişəm ki, çempionatımızın səviyyəsi və oyunçu potensialını yaxşılaşdırmalıyıq. Hələlik bu suala cavab vermək düzgün olmaz. Müəyyən vaxt lazımdır.
Xəbəri paylaş
5918 dəfə oxunub.
Digər xəbərlər

16-07-2020, 15:12
Ermənistan terrorçulara xas metoddan istifadə edir” - PA köməkçisi
18-03-2022, 11:23
Yaxın günlərdə əhaliyə daha bir ŞAD XƏBƏR verilə bilər - VİDEO
14-07-2018, 18:39
Avtomobildən oğurluq edən şəxs saxlanılıb
8-06-2018, 22:55
Ramazanın 24-cü gününün duası: imsak və iftar vaxtı
14-03-2017, 18:00
Ronaldinyodan “Qəbələ” paylaşımı - Foto
18-07-2018, 12:50
Səsimiz özümüzə niyə qəribə gəlir?
13-04-2016, 14:53
“Əxlaqsızlıq yuvaları baş alıb gedir...”
5-01-2017, 12:35
Hamilə Şəbnəm əri ilə romantik FOTOSU