Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Tikinti şirkəti 1700 nəfəri aldadıb - Rəhbərlik məsuliyyəti üzərindən atır
Tarix: 16-11-2018 | Saat: 16:22
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Bakının Xətai rayonunun Süleyman Vəzirov küçəsi, 17 ünvanında yerləşən hündürmərtəbəli binanın sahibi – "Bakı Group” MTK hələ də mənzil satdığı 1 730 nəfərin mülkiyyət hüququnu rəsmiləşdirməyib. Baxmayaraq ki, MTK rəsmilərinin sakinləri verdiyi "kupça” vədinin üstündən uzun illər keçib.
 
Binanın sakinləri səbirsizliklə tikinti şirkətinin qanunsuzluqlarına son qoyulacağı və Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış alacaqları günü gözləyirlər.

"2 il əvvəl buradan ev alanda demişdirlər ki, tezliklə "kupça” veriləcək, amma sakinlərin heç birinə verilməyib. Halbuki, binada tam yaşayış var. Bütün kommunal xərcləri ödəyirik. "Kupça”nın olmaması bir sıra problemlər yaradır. Məsələn, xaricə getmək üçün viza almaq istəyəndə səfirlikdə məndən yaşadığım evin mülkiyyət sənədini tələb edirlər. Başqa işlər üçün də həmin sənədə ehtiyacım olur”, – deyə şikayətçilərdən biri Kəmalə Ələkbərova report-a bildirib.
Sayt məsələ ilə bağlı "Bakı Group”un direktoru Rasim Əkbərova müraciət edib. Direktor çıxarışla bağlı problemin kökünün təxminən 10 il bundan əvvələ gedib-çıxdığını deyərək məsuliyyəti üzərindən atıb: "Bu binanı podratçı qismində "İdeal İnşaat” şirkəti tikib. Onlar işi 2010-ci ildə təhvil verməli idilər, amma gecikdiriblər, üstəlik bir mənzili bir neçə nəfərə satıblar. Sonradan "İdeal İnşaat”ın rəhbərliyi dəyişib. 2015-ci ildən "Baku Group” onlarla münaqişə vəziyyətindədir. Hazırda "İdeal İnşaat”ın bugünkü rəhbərləri həbsxanadadır, bir cinayət işinə görə 11 il həbs cəzası alıblar. Onlar barədə əlavə cinayət işləri də var”.

Maraqlıdır ki, "Baku Group” "İdeal İnşaat”ın fəaliyyətindən vaxtında "xəbər tutmayıb”. Hətta yaşayış binasının tikintisi həyata keçirilərkən yanğın təhlükəsizliyi normalarına əməl edilməməsini belə MTK rəhbərliyi "görməyib”.

"Bir dəfə yanğın oldu, yanğınsöndürənlər binaya eyvanlardan girməli oldular. Buna görə də, hazırda Fövləladə Hallar Nazirliyi binaya rəy vermir, qəbul aktı yoxdur və dövlətə təhvil-təslim işləri ləngiyir. Bununla belə, çalışırıq ki, gələn ildən başlayaraq çıxarışlar verilsin”, - deyə R.Əkbərov özünə haqq qazandırmağa çalışıb.

ƏMDK-dan isə sadəcə bildirilib ki, həmin binanın sənədlərində çatışmazlıqlar var və buna görə də sakinlərə çıxarış verilməsi mümkün deyil.


Xəbəri paylaş

6838 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___