Azərbaycanda meyitdən bu orqanları götürmək olar - Siyahı genişlənir
Tarix: 16-08-2018, 12:58 | Saat: 15:47:00
Bölmə:Karusel / Səhiyyə / M2 | çapa göndər

Azərbaycanda "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" qanuna dəyişikliklər hazırlanır.
Xeberaz.az xəbər verir ki, dəyişikliklər haqqında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Trend-ə bildirib ki, bütün dünyada orqan köçürülməsinin təxminən 85-90 faizi meyitdən götürülən orqanların hesabına həyata keçirilir:
"Azərbaycanda isə meyitdən orqan köçürülməsi olmadığına görə bütün transplantasiyalar canlı insandan götürülən orqanların hesabına həyata keçirilir. Bu da bir tərəfdən donor üçün riskdir, digər tərəfdən geniş şəkildə transplantasiya həyata keçirməyə imkan vermir, yəni canlı insan yalnız cüt orqanlarını, tutaq ki, böyrəyinin birini, bir də bərpa olunan orqanını, yəni qaraciyəri verə bilər, ancaq digər orqanların canlı insandan transplantasiyası mümkün deyil. Ona görə də bu sistemin qurulması çox vacibdir".
M.Quliyev bildirib ki, artıq 15 ilə yaxındır ki, Azərbaycanda orqan köçürülməsi həyata keçirilsə də, indiyə qədər meyitdən orqan götürülməsi işi qurulmayıb: "Bu işi qurmaq üçün qanunvericilikdə hüquqi bazanın yaradılması lazımdır. Bunu həyata keçirmək üçün yaradılan işçi qrupu qanunvericilikdə meyitdən orqan götürülməsinin qaydaları və şərtlərini, razılıq vermə qaydalarını, klinikalar qarşısında texniki tələbləri və s. məsələləri müəyyənləşdirir. Bu məsələlər öz həllini tapmalıdır. Digər tərəfdən mövcud "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" qanun 1999-cu ildə qəbul olunub. Ö dövrdə bütün dünyada transplantasiya haqqında təsəvvürlər indiki qədər geniş deyildi, həm də son illərdə elmi-texniki yeniliklər baş verib və biz onları da qanuna əlavə etməliyik. O cümlədən orqan bankının, donorların və donorluğa ehtiyacı olan şəxslərin reyestrinin yaradılması vacib məsələdir. Bundan əlavə mövcud qanunda köçürülməli olan orqanların dar siyahısı, yəni böyrək, qaraciyər, gözün buynuz qişası yer alıb. Ancaq indi ürək, ağciyər kompleksi, sümük əzələ kompleksi, mədəaltı vəzin bir hissəsi, uşaqlıq və s. olmaqla köçürülməli olan orqanların siyahısı da genişləndirilir və bu istiqamətdə iş gedir".
M.Quliyev vurğulayıb ki, bu işlər yekunlaşdıqdan sonra dəyişikliklər parlamentin Səhiyyə komitəsində müzakirə olunaraq Milli Məclisə tövsiyə ediləcək.
Deputat qeyd edib ki, bu işi təkcə qanunvericiliklə həyata keçirmək mümkün deyil, bununla yanaşı maarifləndirmə də aparılmalıdır:
"İllər lazım olacaq ki, maarifləndirmə işi getsin, tanınmış, nüfuzlu adamlar qabağa düşüb öz orqanlarını sağlığında vəsiyyət etsin və s. Belə nümunələr olmalıdır ki, insanlar orqan bağışlamaqdan çəkinməsinlər".
1818 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər

<>
Ömərov Toğrul İsgəndər oğlu. Uşaq Cərrahı PhD. Qəbula yazılmaq +994506729224. Usaqcerrahi.az
Əlaqə üçün: (WhatsApp) +994506729224 (İnstagram.com)⬇ ➡@rtogrulomarov_ushaq_cerrahi
Əlaqə üçün: (WhatsApp) +994506729224 (İnstagram.com)⬇ ➡@rtogrulomarov_ushaq_cerrahi
Bölməyə aid digər xəbərlər
3-10-2018, 11:30
Azərbaycanın məşhur MMA döyüşçüsündən möhtəşəm qələbə
26-08-2017, 18:33
13 yaşlı oğlan özünü asdı-QAXDA
8-09-2016, 23:42
Məşhur Rəşid müəllim: “Kişilərimiz hamilə qadınlara oxşayır, qadınlarımız da begemota”
16-12-2016, 21:53
Burakın arxiv fotosu yayıldı: hardan haraya - FOTO
8-06-2016, 22:31
Dolu damları dağıtdı, heyvanları tələf etdi - Video
29-01-2018, 11:48
Bakının mərkəzində baş verən partlayışda yaralananın SON DURUMU
23-08-2015, 00:40
İrandan İrəvana sərt etiraz
24-07-2017, 15:54
Novxanı çimərliyində 2 qardaş boğularaq öldü - FOTO
9-06-2018, 20:30
İş yerini dəyişmək istəyən müəllimlərin sayı AÇIQLANDI
27-07-2015, 18:17
2 yaşlı qızı atası maşında öldürdü - FOTO
28-04-2016, 01:56
Korrupsiya əməliyyatı: 6 prokuror saxlanıldı
5-02-2016, 15:03
ADAU-nun uğurlarına “kölgə salmaq” istəyənlərə…
30-11-2016, 17:06
Nazənin “Tufan qopacaq” – VİDEO
1-07-2016, 14:57
Rusiya: “Bizdə Osman Vadinov yoxdur”
{sape_links}{sape_article}