Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
<>
Ömərov Toğrul İsgəndər oğlu. Uşaq Cərrahı PhD. Qəbula yazılmaq +994506729224. Usaqcerrahi.az
Əlaqə üçün: (WhatsApp) +994506729224 (İnstagram.com)⬇ ➡@rtogrulomarov_ushaq_cerrahi
Müəllimi ilə birlikdə gəzintiyə gedən şagird xəsarət alıb - Şəkidə
Tarix: 24-06-2018, 21:11 | Saat: 15:47:00
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər


Müəllimi ilə birlikdə gəzintiyə gedən şagird xəsarət alıb


Şəkidən Zaqatalaya gəzintiyə gedən məktəblilərdən biri yüksək dağlıq-meşəlik ərazidə dərəyə yıxılaraq ağır xəsarət alıb.
Bu gün saat 12.00 radələrində Şəki rayonu Böyük Dəhnə kənd sakini olan 2005-ci il təvəllüdlü Siyafət Mənsur oğlu Məmmədov travmatik-şok vəziyyətdə Zaqatala Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə daxil olub.
MRX-dan bildirilib ki, 13 yaşlı S. Məmmədova ağır qapalı kəllə-beyin travması və boyun fəqərəsinin sınığı diaqnozu qoyulub, vəziyyəti ağır qiymətləndirilir. S. Məmmədovun müayinəsi üçün Bakı şəhərindən həkim briqadası çağırıldığı bildirilir.
Məlumata görə, Şəki rayonu Böyük Dəhnə 1 saylı tam orta məktəbin 7-ci sinfini bitirən Siyafət Məmmədov özündən başqa 13-14 nəfər sinif yoldaşı, sinif rəhbəri və həmin məktəbin başqa bir müəllimi ilə birlikdə xırda tutumlu sərnişin avtobusu ilə bu gün səhər saatlarında Zaqatala rayonunun yüksək dağlıq kəndi olan Cara gəzintiyə gəliblər. Yüksək dağlıq ərazidə gəzinti zamanı Siyafət Məmmədov dərədən axan çaya düşmək istəyən zaman özünü nizamlaya bilməyərək yıxılaraq diyirlənməyə başlayıb və başı bərk maneəyə dəyərək ağır xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
шаблоны для dle 11.2

2628 dəfə oxunub.
<>
Ömərov Toğrul İsgəndər oğlu. Uşaq Cərrahı PhD. Qəbula yazılmaq +994506729224. Usaqcerrahi.az
Əlaqə üçün: (WhatsApp) +994506729224 (İnstagram.com)⬇ ➡@rtogrulomarov_ushaq_cerrahi

Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}
bütün xəbərlər
____ Instagram ___