Məhkəmə qalmaqallı KOSMETOLOQ barədə QƏRAR VERDİ
Tarix: 26-05-2018 | Saat: 11:34
Bölmə:Karusel / Gündəm | çapa göndər
Adı müştəriləri ilə qalmaqalda hallanan kosmetoloq Elnarə Rzayeva barəsində məhkəmə qərar verib.
Nizami rayon Məhkəməsinin hakimi Elnur Nuriyev E.Rzayevanın iddiaçılara külli miqdarda təzminat ödəməsi barədə qərar çıxarıb.
İddiaya görə, E.Rzayeva bir müddət öncə gözəllik mərkəzlərindən birinin sahibəsi Nigar Məmmədova və onun bacısı Rəna Sultanova barədə sosial şəbəkələrdə təhqiramiz sözlər yazıb, onlara qarşı böhtan xarakterli müxtəlif ifadələr işlədib.
Buna görə də bacılar Nizami rayon Məhkəməsində E.Rzayevaya qarşı şərəf, ləyaqət və işgüzar nüfuzu ləkləyən məlumatların təkzib edilməsi və 50 min manat təzminat ödənilməsi ilə bağlı iddia qaldırıb.
İddiaçılar məhkəmədə bildirib ki, E.Rzayeva onların əl işlərini öz səhifəsində paylaşıb. Ondan tələb edilib ki, həmin şəkilləri oradan götürsün. Bundan sonra E.Rzayeva bacıların şəkillərini sosial şəbəkələrdə paylaşıb, təhqirlər yazıb. Hətta canlı yayım vasitəsilə bacıların sahibi olduğu gözəllik mərkəzinin işçilərinə böhtan atıb, müştərilərə tətbiq edilən preparatların keyfiyyətsiz olduğunu iddia edib.
Məhkəmə iddianı qismən təmin edib. Qərara əsasən, E.Rzayeva sosial şəbəkələrdə iddiaçılardan üzr istəməli və on min manat təzminat ödəməlidir.
Xatırladaq ki, son günlər Elnarə Rzayevanın prosedurları nəticəsində ziyan görmüş insanların sayı artmaqdadır.
E.Rzayevanın prosedurlarından zərər görmüş Validə Rzayeva, Aygün Məmmədova, G.O-ova, Xatirə Fərzullayeanın şikayətləri əsasında hüquq mühafizə orqanlarında araşdırma gedir. (criminal.az)
Xəbəri paylaş
1 5508 dəfə oxunub.
Digər xəbərlər

19-03-2018, 18:12
Prezidentliyə namizədlərin ödənişsiz efir vaxtının bölgüsü müəyyənləşdi - PÜŞKATMA
23-07-2019, 12:51
Bakıda ərəblərdən növbəti BİABIRÇILIQ: Təbii ehtiyaclarını yol kənarına etdilər (FOTO)
7-03-2019, 15:41
Azərbaycan qadınlarının sayı açıqlandı
7-10-2015, 12:04
İlham Əliyev: 2016-cı il asan il olmayacaq
22-11-2019, 05:58
"Barış pınarı"na dəstək olan futbolçu ilə bağlı ŞOK QƏRAR
2-10-2016, 02:06
DİQQƏT: DYP-dən sürücülərə xəbərdarlıq: 30 manat cərimə
1-12-2022, 11:36
Bakıda hamilə qadın evdə ölüb - FOTO
28-05-2016, 22:27
Türkiyə sərhədində atışma: İŞİD şəhərə girməyə çalışır
29-12-2015, 10:50
Cəbhədən son xəbər
10-10-2015, 22:48
86666 nömrəli asteroid şənbə günü Yerə yaxınlaşacaq