Azərbaycanda sürücülük vəsiqələri ilə bağlı – VACİB YENİLİK
Tarix: 24-05-2018 | Saat: 20:34
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
“Yol hərəkəti haqqında” qanuna əlavə və dəyişiklik edilir.
Xəbəraz.Az-ın apa-ya istinadən məlumatına görə, qanuna əlavə və dəyişiklik Azərbaycan prezidenti tərəfindən irəli sürülüb.
Layihəyə əsasən, qanunun 33-cü (Nəqliyyat vasitələrini idarəetmə hüququ) maddəsinin 3-cü bəndinə edilən əlavəyə görə, “A”, “B” və “C” kateqoriyaları ilə yanaşı “B1” və “C1” altkateqoriyaları müəyyənləşir və 18 yaşdan etibarən istifadə hüququna şamil edilir.
4-cü bəndə edilən əlavəyə görə, “BE” kateqoriyası ilə yanaşı “C1E” altkateqoriyası müəyyənləşdirilir və 19 yaşdan etibarən istifadə hüququ verilir.
6-cı bəndə edilən əlavə və dəyişikliyə görə isə “D” kateqoriyası ilə yanaşı “D1” altkateqoriyası müəyyənləşdirilir və 23 yaşdan etibarən istifadə hüququ verilir.
Layihəyə görə “D1E” altkateqoriyası da müəyyənləşir və 25 yaşdan 65 yaşadək sürücülük hüququ verilir. Eyni zamanda bu altkateqoriya “D” kateqoriyasına və ya “D1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə 2 ildən az olmamaq şərti ilə verilir.
Maddəyə II-I hissə də əlavə edilir: Hərbi qulluqçular “CE”, “D”, “DE” kateqoriyalarına və “D1E” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququnu 19 yaşdan etibarən əldə edə bilərlər.
Qeyd edək ki, “B1” altkateqoriya trisikl (tricycles) və kvadrosikl (quadricycles) nəqliyyat vasitələri növünə aiddir. “C1” altkateqoriya isə 3,500-7,500 kiloqram ağırlığında kiçik və orta yük maşınlarını, römorklu yük maşınlarını (750 kq-dək ağırlıqlı) idarə etməyə imkan verir. “C1E” altkateqoriyası bir ağır tonnajlı yük avtomobili (TİR) ilə orta yük maşınlarına, “D1” minibus (8-15 sərnişin daşıma) nəqliyyat vasitələrinə aiddir.
Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sabah keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
Xəbəri paylaş
1 0698 dəfə oxunub.
Digər xəbərlər

23-01-2019, 10:29
AŞPA Mehman Hüseynovun işi üzrə qətnamə qəbulundan imtina edib
8-08-2020, 17:22
Fecebook sahibinin sərvəti 100 milyard dolları keçdi
16-04-2015, 17:00
“Məmurlar mətbuatla əməkdaşlıqda maraqlı olmalıdır”
25-04-2018, 14:05
Sabaha olan hava proqnozu açıqlandı - İSTİLƏR GƏLİR
19-12-2015, 09:22
-İŞİD terrorçuları hərəsi bir yana qaçırlar
11-11-2015, 18:08
İlhamə Quliyevanın oğlu: "Anamın vəziyyəti pisdir"
20-07-2016, 00:07
Ərdoğan Obama ilə danışıb – Güləni geri istəyib
20-02-2017, 13:35
Bakıda bir ailənin beş üzvü dəm qazından zəhərlənib, biri ölüb
5-08-2017, 11:21
Maskalı şəxslər kimsəsiz qadını zorlayaraq 1000 manat pulunu oğurladılar - İmişlidə dəhşət
1-09-2020, 13:13
Vilyam Hacıyevin həbs müddəti UZADILIR