12 yaşlı ananın dünyaya gətirdiyi körpədən YENİ XƏBƏR
Tarix: 20-09-2017 | Saat: 16:39
Bölmə:Karusel / Hadisə | çapa göndər
Balakəndə atalığı tərəfindən zorlanaraq, hamilə qalan 12 yaşlı qız və ailənin digər üzvləri, hələ ki, Azərbaycan Uşaq Birliyinin himayəsindədir.
Bu barədə Birliyin sədri Kəmalə Ağazadə məlumat verib.
O qeyd edib ki, ailə üzvlərinin sənədləşmə işləri tamamlanıb: "Atalıq uşaqların sənədlərini cıraraq, yarasız hala salmışdı. Vəsiqələr Daxili İşlər Nazirliyinin sayəsində qısa zamanda bərpa olundu. Hazırda 12 yaşlı həmin qız reabiltasiyası və səhhəti ilə bağlı xəstəxanada tam nəzarət altındadır. Bu həftənin sonu, ya da növbəti həftənin əvvəli xəstəxanadan çıxarılaraq, Birliyə gətiriləcək. Ailənin digər bacı və qardaşları da bu gün rayondan gətirilir. Sabahdan etibarən onlarla bağlı da işlərə başlayacağıq. Onların hamısını himayəyə götürmüşük. Dua edirik ki, süni nəfəs aparatına qoşulan körpə də yaşayacaq".
Hüquq müdafiəçisi deyib ki, qadın yaşadığı faciəyə, 12 yaşlı qızının təcavüzə uğramasına baxmayaraq, doğulan körpəni qəbul edir. Və sağ qalacağı təqdirdə onu himayəsinə götürəcəyini deyir.
Qeyri-rəsmi nikahda yaşadığı qadının qızını zorlayaraq, onu hamilə qoyan Şindiyev Elçin Qədir oğlu barəsində istintaq dövrü üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
12 yaşlı qızın 22-23 həftəlik hamilə olduğu meydana çıxandan sonra o, Bakıya Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun (ETMGİ) həkimlərinin nəzarəti altına verilib.
ETMGİ-nin aparıcı mütəxəssisləri sentyabrın 14-də konsilium keçirərək, hamiləliyi ananın sağlamlığının imkan verdiyi həddə qədər qorumağa qərar veriblər. Lakin bir sutka keçəndən sonra, sentyabrın 16-da qızın vəziyyəti qəflətən pisləşib. Dərhal qeysəriyyə əməliyyatına alınan 12 yaşlı ana qız uşağı dünyaya gətirib. Uşaq hazırda süni nəfəs aparatına qoşulub.
Xəbəri paylaş
5508 dəfə oxunub.
Digər xəbərlər

15-05-2016, 05:01
Dağlıq Qarabağ probleminin həllini təmin etmək məcburiyyətindədir-ABŞ
26-05-2016, 18:27
Vasif Məhərrəmlidən biabırçı hərəkət - Foto
29-10-2023, 19:41
Aysun İsmayılovanın hüquqşünas sevgilisi
13-08-2022, 11:46
Teyyub adlı iş adamı “Aysberq” hoteli bağlanmaqdan necə xilas edə bilib - ARAŞDIRMA
10-11-2016, 12:40
Fransa səfirliyinə qumbara atdılar
29-06-2015, 18:49
BÜTÜN DÜNYAYA YAYILAN CANLI SEVGİ ROMANI :
25-03-2015, 01:00
Madonnadan Qaqaya ittiham
5-09-2017, 11:04
Toydan qayıdan Lerik sakinləri qəzaya düşdülər: 4 yaralı
20-05-2022, 17:51
QARDAŞLARIN XƏSARƏTİ İLƏ BAĞLI DİN-dən AÇIQLAMA
16-09-2021, 11:53
Azərbaycanda dəhşətli qətl - Qardaş bacısını amansızlıqla öldürdü