Ər arvadını yatdığı yerdə öldürüb - Dəhşətli intiharın təfərrüatı + Foto
Tarix: 24-07-2017 | Saat: 16:49
Bölmə:Karusel / Hadisə | çapa göndər
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Bərdə rayonunda arvadını öldürüb, özü intihar edən şəxslə bağlı birgə açıqlama yayıb.
2017-ci il iyulun 24-də, gecə saat 03 radələrində Bərdə rayonunun Hacallı kəndində yaşayan - 1972-ci il təvəllüdlü Gülbəniz Əliyeva və övladları - 19 yaşlı Məleykə və 14 yaşlı Murad ağır bədən xəsarətləri ilə mərkəzi rayon xəstəxanasına gətiriliblər.
Ana aldığı xəsarətlərdən xəstəxanada vəfat edib, həyat yoldaşı 1968-ci il təvəllüdlü Saday Əliyev isə yaşadığı evin həyətində özünü asaraq intihar edib.
Rayon prokurorluğu və Polis Şöbəsi əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, maddi sübutlar götürülmüş və digər zəruri prosessual hərəkətlər aparılıb.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 29, 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürməyə cəhd), 29,120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib.
İlkin araşdırmalarla Saday Əliyevin psixi xəstəlikdən əziyyət çəkməsi, qeyd edilən tarixdə yaşadığı evdə yatmış vəziyyətdə olan arvadı və övladlarının baş nahiyələrinə iri dəmir çəkiclə onlara qəsdən ağır bədən xəsarətləri yetirməsi və sonradan intihar etməsi müəyyən edilib.
Cinayətin aləti olan bir ədəd çəkic tapılaraq maddi sübut kimi götürülüb.
Hazırda işi üzrə zəruri istintaq hərəkətləri və əməliyyat tədbirləri davam etdirilir.
Xəbəri paylaş
7788 dəfə oxunub.
Digər xəbərlər

16-12-2017, 11:33
25 yaşlı oğlan özünü asdı-Göyçayda
25-06-2018, 09:53
Bakının 2 yolunda hərəkət məhdudlaşdırılır
10-04-2017, 11:19
Ana və körpəsi faciəvi şəkildə öldü - BAKIDA
3-01-2018, 12:45
"Bəziləri kimi 6 aylıq evlənə bilmərəm" - Tolikdən atmaca
2-11-2018, 11:31
Qadın xəstəxanada öldü - Əri həkimləri günahlandırdı
27-06-2018, 16:25
Roza İlhamə arasında olan qalmaqal məhkəməlik oldu
28-08-2016, 14:14
Məşhur jurnalist intihar etdi
16-08-2015, 21:45
Samiraldo 16 il əvvəl belə idi - FOTO
13-10-2015, 16:01
Azərbaycan dövlət xərclərinin ünvanlılığını artırır (ƏLAVƏ OLUNUB)
19-07-2015, 14:36
USTA PUNHANIN BU DƏFƏKİ AÇIQLAMASI QADINLAR ÜÇÜN OLDU: