Tərtərdə ekstremist cinayətkar qrup zərərsizləşdirildi
Tarix: 11-03-2015 | Saat: 23:31
Bölmə:Hadisə | çapa göndər
Xüsusi əməliyyat keçirilib.
Hüquq-mühafizə orqanları cinayətkarlıqla mübarizə sahəsində Tərtər rayonunda növbəti xüsusi əməliyyat tədbiri həyata keçiriblər.
Xeberaz.az Daxili İşlər Nazirliyi (DİN) və Respublika Baş Prokurorluğunun birgə məlumatına istinadən xəbər verir ki, DİN-ə müraciət edən rayon sakini yetkinlik yaşına çatmayan oğlunun radikal dini cərəyana cəlb olunmaqla Suriyaya göndərildiyini və orada qanunsuz silahlı birləşmələrin tərkibində döyüşlərdə iştirak etdiyini bildirib.
Aparılan araşdırmalarla Tərtər ərazisində ayrı-ayrı vətəndaşların ölkə hüdudlarından kənarda qeyri-qanuni fəaliyyət göstərən silahlı birləşmələrin sıralarına qoşulmasını təşkil edən, dini dözümsüzlük və bölücülük təbliğatını aparan ekstremist yönümlü şəxslərdən ibarət mütəşəkkil cinayətkar dəstə müəyyən edilib. Nazirliyin xüsusi təyinatlı polis qüvvələri də cəlb olunmaqla Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Tərtər Rayon Polis Şöbəsi və prokurorluğunun əməkdaşları tərəfindən həmin dəstənin 4 üzvü - əvvəllər məhkum olunnmuş Zülfüqar İbrahimov, Mübariz Mirzəliyev, Şəmsəddin Abdullazadə və Vüqar Əliyev saxlanılıblar.
Onların yaşadıqları mənzillərə baxış zamanı ümumilikdə 2 ədəd sandıqçası ilə birlikdə 1 avtomat, 800 qram partlayıcı maddə, alışdırıcıları ilə birgə 9 əl qumbarası, 170 ədəd patron, yayılması qanunla qadağan olunmuş xeyli sayda dini ədəbiyyat, disklər və digər maddi sübutlar götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Hazırda mütəşəkkil dəstənin cinayətkar əlaqələrinin ifşası, habelə, digər üzvlərinin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri davam etdirilir.
Xəbəri paylaş
9198 dəfə oxunub.
Digər xəbərlər

12-08-2023, 10:05
İkinci dəfə evlilik təklifi etdi - FOTO
29-11-2015, 18:38
Bollivud ulduzu bu addımı ilə tarixə düşdü -fotolar
5-07-2016, 10:33
Kişi evdə yad adamı görüncə... - Bakıda qətl
4-08-2016, 18:54
Kişilərin cavab tapmadığı sual: qadın nə istəyir?
3-04-2017, 10:55
İnanılmaz FACİƏ: sərxoş kişi sobanı qucaqlayıb...
19-11-2015, 13:33
Şok: Rusdilli hakerlər 800 milyon dollara yaxın pul oğurlayıb
8-03-2016, 17:27
4 uşağı olan qadın özünü anasının qəbri üstə öldürdü
2-04-2015, 19:51
Bir şamla isidilən hamamın sirri
3-05-2017, 13:07
İntensiv yağış yağacaq, dolu düşəcək, şimşək çaxacaq - PROQNOZ