PA rəsmisi: "Bunu qəbul etməyəcəyik"
Tarix: 03-04-2016 | Saat: 23:14
Bölmə:Filmlər / Karusel / Siyasət | çapa göndər
Kimlərsə Dağlıq Qarabağ münaqişəsinə dondurulmuş münaqişə adı verirsə, onlar, bunu tamamilə səhf deyirlər. Beynəlxalq birlik, bütün təşkilatlar, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri bu münaqişənin həlli ilə bağlı addımlar atmalıdır.
Trend-in məlumatına görə, bunu Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov AzTV-yə müsahibəsində deyib.
N.Məmmədov bildirib ki, Ermənistan tərəfinin təxribatlarını qəbul etməyəcəyik. PA rəsmisi vurğulayıb ki, Ermənistan 25 ildir Azərbaycan ərazilərini işğal edib, orada hərbi təlimlər keçir, Azərbaycan kəndlərini atəşə tutur: “Bu qəbuledilməzdir. Yəni burada dondurulmuş münaqişə yoxdur və münaqişə tez bir zamanda həllini tapmalıdır”.
N.Məmmədov vurğulayıb ki, ATƏT də, beynəlxalq təşkilatlar da Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı çox passivdirlər: “Bunun da səbəbləri var. Bir tərəfdən həmsədrlər bu prosesi öz manapoliyalarına alaraq, başqa qurumlara, hətta ölkələrə açıq mesaj göndərirlər ki, siz bu işlə məşğul olmayın, biz bu işlə məşğul oluruq. Amma məşğul olursunuzsa, olmaq lazımdır”.
PA rəsmisi deyib ki, cəbhə xəttində ermənilərin son təxribatları bir daha göstərir ki, həmsədrlərin bu günə qədər münaqişənin həlli ilə bağlı apardıqları siyasətlərində nə qədər çatışmazlıqlar var: “Bundan da istifadə edən Ermənistan tərəfi belə provakativ addımlar ataraq diqqəti özlərinə cəlb etmək istəyirlər. Amma yenə deyirəm, bizim ərazilərimiz daim işğal altında qala bilməz. Biz heç vaxt buna razı olmayacağıq. Ona görə də Ermənistan tərəfi belə provakativ addımlardan əl çəkməlidir”.
Xəbəri paylaş
7818 dəfə oxunub.
Digər xəbərlər

27-07-2016, 14:45
Qadın zorlayanlar xədim ediləcək — Şok qanun
17-05-2016, 12:55
PKK-çı qızın gündəliyindən ağrılı sətirlər - Foto
23-03-2018, 12:14
Sürücülərin nəzərinə! - Bu yollarda hərəkət məhdudlaşdırılacaq
26-04-2016, 21:15
Neymar qərarını verdi
16-05-2018, 20:10
Çağatay və Gizem HƏBS EDİLDİ
7-02-2017, 13:08
63 yaşı olsa da, qızlarından ayırmaq olmur - fotolar
14-12-2016, 18:07
Elzanı təhqir etdilər: "Avatara oxşayırsan! " - FOTO
25-12-2021, 12:51
Pələng ili kimlərə uğur gətirəcək? - PROQNOZ
24-01-2018, 12:24
Ata və qızını öldürənə ömürlük həbs verildi