Öldürülən "tiktok"çunun anası: “Bir gün öncə həmin şəxs oğlumu söhbətə çağırmışdı”
Tarix: 13-11-2023 | Saat: 10:30
Bölmə:Karusel / Hadisə | çapa göndər
Xəbəri paylaş
7598 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 13-11-2023 | Saat: 10:30
Bölmə:Karusel / Hadisə | çapa göndər
Yevlax şəhərində törədilən qətlin bəzi təfərrüatı məlum olub.
Ötən gün günorta saatlarında Yevlax şəhərində 1991-ci il təvəllüdlü Əhməd Əhəd oğlu Nəsibov küçədə başından güllələnərək qətlə yetirilib.
Mərhumun anası Simuzər Nəsibova bildirib ki, oğlunu bir gün öncə tanımadıqları şəxs evdən bayıra çağırmışdı:
"Mən həmin vaxt oğlumun arxasınca çıxdım. Həmin adam mənim oğlumun arxasınca gəldiyimi görüb çıxıb getdi. Bu gün də oğlum çörək almaq üçün marketə getmişdi, sonra eşitdim ki, oğlumu güllələyiblər” - deyə mərhumun anası bildirib.
Qeyd edək ki, Ə.Nəsibov küçədə onu öldürməyə cəhd edən şəxsdən qaçmağa çalışsa da buna nail ola bilməyib və "Makarov” tipli tapançadan alın nahiyəsinə açılan atəş nəticəsində dünyasını dəyişib.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs, 1989-cu il təvəllüdlü Saleh Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib.
Şəxsi münasibətlər zəminində baş vermiş hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.report
Xəbəri paylaş
Digər xəbərlər
4-01-2018, 15:28
Zakir Həsənov "Rembo"nu Türkiyəyə yolladı - FOTOLAR
15-03-2017, 22:28
Rəqqasə Fatimə müğənnilik edir? - VİDEO
25-07-2016, 10:19
Avtobus 6 avtomobilin üstündən keçdi - VİDEO
20-08-2015, 21:14
Sabunçu qazsız qalacaq
22-05-2015, 17:44
Azərbaycandan sərt addım: Riqa qətnaməsi imzalanmadı – SON DƏQİQƏ
2-06-2023, 11:03
Xanımını heç vaxt aldatmayan güclü kişinin 6 ƏLAMƏTİ
18-10-2022, 09:48
Xərçənglə mübarizə aparan Aygün Bəylərin VƏZİYYƏTİ NECƏDİR ?
27-10-2016, 21:39
Sürüşmə zonasındakı yolların çəkilişi düzgün aparılmayıb - VİDEO