Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Səfirliyimizə hücum zamanı şəhid olan Orxan baş həkimin oğludur
Tarix: 27-01-2023 | Saat: 13:47
Bölmə:Karusel / M / Gündəm | çapa göndər

Səfirliyimizə hücum zamanı şəhid olan Orxan baş həkimin oğludur


Bu gün Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum nəticəsində həlak olan səfirliyin mühafizə xidmətinin rəisi, baş leytenant Orxan Əsgərov tanınmış həkimin övladıdır.

 şəhid Orxan Əsgərovun atası Gəncə şəhər 1 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının baş həkimi Rizvan Əsgərovdur.

Rizvan Əsgərov hazırda Gəncədən Bakıya gəldiyini bildirib: "Bu barədə çox danışmaq istəmirəm".

Qeyd edək ki, XİN-dən verilən məlumata görə, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir. Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

XİN-nin rəsmi bəyanatında xain hücum nəticəsində aldığı güllə xəsarətlərindən vəfat edən Orxan Əsgərov şəhid kimi təqdim edilib.





Xəbəri paylaş

2938 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___