Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
500 evlik bir kəndin 300 dəlisi var: Onlar hərbidən belə yayınıb - ŞOK İDDİA
Tarix: 22-10-2022 | Saat: 15:06
Bölmə:Bütün xəbərlər / Karusel / Siyasət / Gündəm / Hadisə / Aktual | çapa göndər

500 evlik bir kəndin 300 dəlisi var: Onlar hərbidən belə yayınıb - ŞOK İDDİA
 Nə yazıq ki, son vaxtlar sosial medialarda belə məlumatlar dərc edilir ki, hansısa məmur şəhid anasına, "Neyniyim oğlun şəhid olub", yaxud müharibə əlillərinə "neyniyim əlilsən, mənim üçün döyüşməmisən ki, özün üçün döyüşmüsən də" kimi ifadələr işlədiblər.

Maraqlıdır, o oğullar necə özləri üçün döyüşüb ki, əllərinə silah götürüb, ölümün üstünə gediblər, o anaları, o valideynləri də təbii ki, bu tip məmurlar ümumiyyətlə anlamazlar, çünki, onlar o atalar, o analar kimi şərəfli oğul böyüdüb, "kişilik məktəbi" adlandırılan hərbi xidmətə, müharibəyə göndərməyiblər.

44 günlük müharibə ərəfəsində, baxmayaraq ki, pandemiya dövrü idi, ölkəyə giriş-çıxış sərbəst deyildi, amma əksər məmurların oğulları, kürəkənləri ölkədən hansısa yollarla çıxmışdılar. Cavan məmurlar özləri də xeyli azalmışdı, əksəriyyəti "xaricdə müalicədə" idilər ya da o adla səfərbərlikdən yayınırdılar, deyə bilmərik, gerçək olan isə budur ki, zəfər savaşında heç bir məmurun "oğlun şəhid oldu" deyilib, qucağına bayraq verilmədi. Əksinə, müharibə sakitləşən kimi, çox məmurlar el dilində desək "şirə dönüb, düşdü qazi və veteranların üstünə. Nəcə dəyərlər düşmənə GÜC gələn igidlərə, təklikdə "güc " göstərib, problem ictimailəşdirildikdə isə "xəbərim olmayıb sığortası"ndan istifadə etməklə "aydan arı, sudan duru" olduqlarını göstərməyə çalışan səlahiyyət sahiblərinin bir qismi də hərbi komissarlıqlarda əyləşən səlahiyyət sahibləri idi.

Sizi deyə bilmərik, söhbət hərbi komissarliqların özündənrazı səlahiyyət sahiblərindən düşəndə, bizim ağlımıza ilk gələn Beyləqan hərbi komissarlığı oldu.

Yəqin ki, siz də xatırlamış olarsınız ki, ötən il bir qrup Beyləqan rayon sakinləri - şəhid və qazi ailələri "DogruXeber.az" redaksiyasına məktubla müraciət edib, Ş.H.X.Ç.D.X-nin Beyləqan rayon şöbəsinin rəisi Əlsafa Musa oğlu Məmmədovun 2020-ci ildə müharibə ərəfəsində 7-10 min manat rüşvət müqabilində bir neçə imkanlı rayon sakinlərini hərbi səfərbərlikdən yayınırdırdığı barəsində məlumat vermişdilər.

Sakinlər bizə Əlsafa Məmmədovun oturduğu hər məclisdə Arzu Rəhimovun qohumu olduğu ilə qürrələnməsini bildirmişdilər.

Doğrusu, bunu sakinlərdən eşidəndə, o qədər də inandırıcı gəlmədi. Düşündük, bəlkə şişirdilmiş şaiyədir. Lakin, eşidəndə ki, Əlsafa Məmmədov qardaşının məhkumluq həyatı olmasına rəğmən bu vəzifədə çalışır, daha "qohumluq əlaqələri"nə şübhəmiz qalmadı.

Üstəlik, sakinlərin şikayətləri ictimailəşdirildikdən sonra Əlsafa Məmmədovu işdən çıxarmaq əvəzinə, eyni vəzifə ilə Sabirabad rayon Hərbi komissarlığına köçürülməsi, yəni Arzu Rəhimovun Əlsafa Məmmədovun öz dili ilə desək, qohumunu "bığdan götürüb, saqqala qoyması" nəinki isti münasibətlərin olduğuna dair şübhələri aradan götürdü, hətta əminlik hissi belə yaratdı.

Yeri gəlmişkən, indi sizə "DogruXeber.az" olaraq, elə bir məlumat verəcəyik ki, məəttəl qalacaqsınız.

Ya da yox, inanmırıq ki, o qədər təəccüblənəsiniz, çünki, bu məsələ artıq, çoxlarınıza tanış - ən əsası da 2020-ci ilin sentyabrından bəri çoxlarınızın rastlaşdığınız, şahidi olduğunuz məsələdir.

Hörmətli Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun "diqqət və qayğısı" sayəsində yerlərdəki hərbi komissarlıqlar özləri üçün "əsgər biznesi" qurublar.

Necə?
Aşağıdakı videonu diqqətlə və sona qədər izləyin, o zaman özünüz də buna şahid olacaqsınız.

Gördüyünüz kimi, "DogruXeber.az" informasiya agentliyinin tərkibində fəaliyyət göstərən "Kanal14" youtube kanalında, "Kamalın zamanı" proqramı ilə canlı bağlantı yaradan Kazım Cəbrayılov Şamaxı rayonunda baş verən bir neçə şokedici faktlar açıqladı.

Əslən Şamaxı rayonundan olan və Sabirabad rayon "Nizami kənd" kəndində yaşayan Kazım Cəbrayılov bildirir ki, Şamaxı rayonunun bir kəndində 300 (üç yüz) nəfər "dəli" var. Yəni, bu imkanlı şəxslərin müharibədən yayınmaq üçün hərbi komissarlıqdan 5.000 (beş min) manata aldıqları diaqnozdur. Özü də Kazım Cəbrayılovun dediyinə görə, güya "psixiatrik problemləri olan" bu şəxslərin hamısının sürücülük vəsiqəsi, avtomobili və normal işi var.

Maraqlıdır, "dəli" olduğu üçün müharibəyə aparılmayan bu şəxslər, sürücülük vəsiqəsi alarkən, tələb olunan tibbi arayış üçün müayinələrə nə kimi cavab veriblər?

Bundan əlavə evində rahat oturub, öz biznesi ilə məşğul olan, müharibə ərəfəsində dövlət əmlakı olan iki yük avtomobilini idarənin sürücüləri ilə müharibəyə, odun-alovun içinə göndərən Şamaxı rayon Yol idarəsinin müdiri Nazim Eynallıya şəxsi imzası ilə fəxri fərman verən Arzu Rəhimov, görəsən həmin dövlətin əmlakı olan yük avtomobillərini müharibə zonasında idarə edən sürücülərə niyə "ögey"lik göstərib, adlarını "bir çürük qozla" da anmadı?

Yeri gəlmişkən, onu da qeyd edək ki, Kazım Cəbrayılovun bu açıqlamaları "Kanal14"də efirə gedər-getməz Arzu Rəhimovun"qoruyucu mələk"ləri dərhal hərəkətə keçdilər.
Aldığımız məlumata görə, proqramın efirdən çıxarılması üçün Kazım Cəbrayılovun özünə, atasına minnətçi düşüblər ki, "Gərək Arzu Rəhimovun adını çəkməzdin. Onu çalış efirdən sildir."

Xatırladaq ki, Beyləqan rayon hərbi komissarlığının rəisi Əlsafa Məmmədovun barəsində məlumat yayımladığımız zaman da həmin məlumatların yayımdan qaldırılması üçün də bir neçə müxtəlif şəxsləri, hətta bəzi həmkarlarımızı belə elçi salmışdılar.

Görəsən, adının mətbuatda çəkilməsindən bu qədər narahat olan Arzu Rəhimov tabeçiliyində çalışan işçilərinə konkret tapşırıqlar verib, problem yaradan korrupsioner əməkdaşlarını işdən çıxarmaqla, yaxud digər qanunamüvafiq qaydada cəzalandırmaqla, məsələni kökündən həll edə bilməzmi?

Mövzuya qayıdacağıq və növbəti yayımlarımızda daha da şokedici

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

XalqXeber.Az


Xəbəri paylaş

7498 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___