Ana Sayfa > M / Karusel / Dünya > Özbəkistanda fahişələri pambıq yığmağa məcbur etdilər
Özbəkistanda fahişələri pambıq yığmağa məcbur etdilər2-10-2015, 21:52. Yazar: Xeberaz |
“Onları cərimə edəcəyimizi bildirdik”. Özbəkistanın Buxara vilayətinin höküməti yerli polisdə qeydiyyata alınmış fahişələri pambıq yığımına göndərib. Bu barədə “Azadlıq Radio”sunun Özbəkistan bürosu şahidlərin aaçıqlamalarına və yerli hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər verir. Qaragül rayon sakini Əsəd Salomovun sözlərinə görə, o yerli hakimiyyət nümayəndələrinin 40 yaxın əxlaqsız qadının avtobusa minizdirərək aparmasının şahidi olub. “Mən eyvandan baxırdım. Onlar bütün qadınları bir cərgəyə düzdülər, yoxladılar, sonra isə avtobusa otuzdurub apardılar”, - Salomov bildirib. Hüquq-mühafizə orqanlarında fahişələrin pambıq yığımına cəlb edilməsini təsdiq ediblər. “Bəli, biz bu qadınların əməyindən istifadə edirik. Onları cərimə edəcəyimizi və əvvəlki işlərini qaldıracağımızı bildirdik. İndi isə onlar çox yaxşı işləyirlər”, - yerli sahə müvəkkili bildirib. Məlumat verilir ki, yüngül əxlaqlı qadınlardan başqa, pambıq yığımına qeydiyyatda olan narkomanlar və spirtli içki aludəçiləri də cəlb ediliblər. Geri dön |