Ana Sayfa > M / Karusel / Siyasət > İlham Əliyev komissiyanın tərkibini təsdiqlədi - SİYAHI
İlham Əliyev komissiyanın tərkibini təsdiqlədi - SİYAHI15-04-2015, 21:22. Yazar: Xeberaz |
Sərəncam imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədilə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Xeberaz.az -ın məlumatına görə, dövlət başçısının sərəncamına əsasən birgə komissiyanın Azərbaycan tərəfindən tərkibi aşağıdakı kimi təsdiq edilib: Komissiyanın həmsədri Fazil Məmmədov - Azərbaycan Respublikasının vergilər naziri. Komissiyanın üzvləri: İltimas Məmmədov - Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Xələf Xələfov - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Sahil Babayev - Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini Natiq Abbasov - Azərbaycan Respublikası energetika nazirinin müavini Abbas Vəlibəyov - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Nazim Səmədov - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Ehtiram Rəhimov - Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası rəisinin müavini Kamil Xasiyev - Azərbaycan Respublikasının Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri Xarici İşlər Nazirliyinə bu sərəncamla təsdiq edilən Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədilə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi barədə Xorvatiya Respublikası tərəfinə müvafiq bildiriş göndərmək tapşırılıb. (oxu.az) Geri dön |