Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İlham Əliyev komissiyanın tərkibini təsdiqlədi - SİYAHI
Tarix: 15-04-2015 | Saat: 21:22
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

İlham Əliyev komissiyanın tərkibini təsdiqlədi - SİYAHI
Sərəncam imzalanıb.

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədilə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Xeberaz.az -ın məlumatına görə, dövlət başçısının sərəncamına əsasən birgə komissiyanın Azərbaycan tərəfindən tərkibi aşağıdakı kimi təsdiq edilib:

Komissiyanın həmsədri

Fazil Məmmədov - Azərbaycan Respublikasının vergilər naziri.

Komissiyanın üzvləri:

İltimas Məmmədov - Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini

Xələf Xələfov - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Sahil Babayev - Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini

Natiq Abbasov - Azərbaycan Respublikası energetika nazirinin müavini

Abbas Vəlibəyov - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Nazim Səmədov - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini

Ehtiram Rəhimov - Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası rəisinin müavini

Kamil Xasiyev - Azərbaycan Respublikasının Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri

Xarici İşlər Nazirliyinə bu sərəncamla təsdiq edilən Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədilə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi barədə Xorvatiya Respublikası tərəfinə müvafiq bildiriş göndərmək tapşırılıb.
(oxu.az)


Xəbəri paylaş

6668 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___