Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 > Rövnəq Abdullayev: Türkiyədə ən nəhəng dəniz limanı tezliklə istifadəyə veriləcək
Rövnəq Abdullayev: Türkiyədə ən nəhəng dəniz limanı tezliklə istifadəyə veriləcək2-04-2015, 21:48. Yazar: Xeberaz |
“Tikinti işləri yüksək keyfiyyətlə və qrafik əsasında aparılır”. Azərbaycanın Türkiyə ərazisindəki enerji layihələrinin icra vəziyyəti yüksək səviyyədədir. Bütün işlər proqram üzrə davam etdirilir. Xeberaz.az xəbər verir ki, bu barədə AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev məlumat verib. O bildirib ki, İzmirdə inşa olunan “STAR” neft emalı zavodunda və ərazidəki dəniz limanında tikinti işləri Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq yüksək keyfiyyətlə və qrafik əsasında aparılır. R.Abdullayev deyib: “İzmirdə inşa olunan, cari ilin sentyabrında istifadəyə veriləcək dəniz limanı Türkiyədə ən nəhəng liman olacaq. 2018-ci ilin aprelində “STAR” neft emalı zavodu işə düşəndən sonra isə SOCAR Türkiyədə nəhəngliyinə görə iki şirkətdən biri olacaq”. Geri dön |