Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rövnəq Abdullayev: Türkiyədə ən nəhəng dəniz limanı tezliklə istifadəyə veriləcək
Tarix: 02-04-2015 | Saat: 21:48
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

Rövnəq Abdullayev: Türkiyədə ən nəhəng dəniz limanı tezliklə istifadəyə veriləcək
“Tikinti işləri yüksək keyfiyyətlə və qrafik əsasında aparılır”.

Azərbaycanın Türkiyə ərazisindəki enerji layihələrinin icra vəziyyəti yüksək səviyyədədir. Bütün işlər proqram üzrə davam etdirilir.

Xeberaz.az xəbər verir ki, bu barədə AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev məlumat verib.

O bildirib ki, İzmirdə inşa olunan “STAR” neft emalı zavodunda və ərazidəki dəniz limanında tikinti işləri Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq yüksək keyfiyyətlə və qrafik əsasında aparılır. R.Abdullayev deyib:

“İzmirdə inşa olunan, cari ilin sentyabrında istifadəyə veriləcək dəniz limanı Türkiyədə ən nəhəng liman olacaq. 2018-ci ilin aprelində “STAR” neft emalı zavodu işə düşəndən sonra isə SOCAR Türkiyədə nəhəngliyinə görə iki şirkətdən biri olacaq”.


Xəbəri paylaş

7088 dəfə oxunub.

Digər xəbərlər
17-03-2015, 14:00 İŞİD in yolu kəsildi

bütün xəbərlər
____ Instagram ___