Ana Sayfa > Karusel / Gündəm / M2 / Texnologiya > Apple yeni bir rekorda imza atdı
Apple yeni bir rekorda imza atdı22-07-2015, 12:11. Yazar: Xeberaz |
Şirkət son hesabatını yaydı. Apple 2015-ci ilin III rübündə (aprel-iyun) 49,6 milyard dollar gəlir və 10,7 milyard dollar xalis mənfəət əldə edərək yeni bir rekorda imza atıb. Bu göstəricilərdə 2014-cü ilin analoji dövrü ilə müqayisədə gəlirləri 33%, xalis mənfəəti isə 39% çoxdur. Qeyd edək ki, şirkət 2014-cü ilin üçüncü rübündə 37,4 milyard dollar gəlir və 7,7 milyard dollar xalis mənfəət açıqlamışdı. Şirkətin iPhone satışlarından əldə edəcəyi gəlirlə bağlı proqnozlar özünü doğrulmayıb. Belə ki, Apple-in iPhone satışlarından gəliri 47 milyon 534 min dollar olub. Bu da ötən ilin analoji, yəni III dövrü ilə müqayisədə 35% çoxdur. Şirkət iPhone satışlarının adıçəkilən dövr üçün 48,8 milyon dollar olacağını proqnozlaşdırmışdı. Apple 2015-ci ilin birinci rübündə isə 74 milyon 500 min ədəd iPhone satmaqla bütün dövrlərin rekordunu qırmışdı. Bundan əlavə, şirkətin iPad satışları 2014-cü ilin üçüncü rübünə nisbətən 17% azalaraq, 10 milyon 931 min ədədə düşüb. Şirkət 2014-cü ilinin analoji dövründə isə 12 milyon 623 min ədəd iPad satmışdı. Xatırladaq ki, şirkət gəlirlərinin 64%-ni ABŞ xaricindən reallaşdırılan satışlardan qazanıb. Apple proqnozlaşdırır ki, 2015-ci ilin III rübünün sonunda şirkətin gəlirləri 49 - 51 milyard dollar arasında ola bilər. Bazar isə bu proqnozun 51,1 milyard dollar səviyyəsində olacağını bildirmişdi.oxu.az Geri dön |